Yellen: Önümüzdəki aylarda inflyasiya yavaşlayacaq
ABŞ-ın maliyyə naziri Janet Yellen inflyasiyanın yaxın aylarda azalacağını, eyni zamanda ABŞ-da tənəzzülün qaçılmaz olmadığını bildirib.ABŞ maliyyə naziri Janet Yellen inflyasiya ilə bağlı nikbin mesajlar verib, ABŞ prezidenti Co Baydenin tənəzzüllə bağlı fikirlərini də dəstəkləyib.
Yellen ABC-yə deyib ki, ABŞ-da inflyasiya qismən Rusiya-Ukrayna müharibəsi səbəbindən qəbuledilməz dərəcədə yüksəkdir. ABŞ-da inflyasiyanın yerli deyil, qlobal proseslərdən təsir gördüyünü vurğulayan Yellen, önümüzdəki aylarda inflyasiyanın sürətinin azalacağını bildirib.
Yellen iqtisadi fəaliyyətə istehlak xərclərinin güclü olaraq qaldığını və ölkədə tənəzzülün qaçılmaz olmadığını (qarşısını almaq olar) bildirib.
Bayden: Tənəzzülün qarşısını almaq olar
ABŞ-da son 40 ildə pik həddə olan inflyasiya və FED-in inflyasiya ilə mübarizə üçün başlatdığı aqressiv sərtləşdirmə dövrü ölkədə resessiya narahatlıqlarını artırsa da, ABŞ prezidenti Co Bayden tənəzzülün qaçılmaz olmadığını bildirib.
Bayden keçən həftə AP-yə verdiyi müsahibədə maliyyə naziri Janet Yellen və digər müşavirlərinin 15 ay əvvəl qəbul edilən epidemiyanın iqtisadi təsirləri ilə mübarizə planının inflyasiyaya marjinal təsir göstərə biləcəyini də deyib.
ABŞ-da tənəzzüllə bağlı narahatlıqlar FED-in son 28 ilin ən kəskin faiz artımından sonra artmağa başlayıb.
"Wall Street" institutları pul siyasətinin kəskin sərtləşdirilməsinin (faizlərin artırılmasının) iqtisadi aktivliyə mənfi təsir edəcəyi qənaətindədir.
Wells Fargo, 2023-cü ilin ortalarına qədər mülayim bir tənəzzül proqnozlaşdırıb. Bank inflyasiyanın istehlakçıların alıcılıq qabiliyyətini azaldacağını və FED-in inflyasiya ilə mübarizə üçün addımlar atacağını, beləliklə də iqtisadiyyatı tənəzzülə sürükləyəcəyini bildirib.
Tənəzzül (resessiya) - ümumi daxili məhsulun iki və ya daha çox rüblük ardıcıl olaraq azaldığı vəziyyətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















