Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

SOCAR-ın Müşahidə Şurasının sədri Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR-ın Müşahidə Şurasının sədri Türkiyənin energetika və təbii sərvətlər naziri ilə görüşüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türkiyədə səfərdə olan iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzlə görüşüb.

SOCAR-dan bildirilib ki, şirkətin Müşahidə Şurasının sədri ölkələrimiz arasında yüksək səviyyəli strateji əməkdaşlığı, qardaş Türkiyə ilə möhkəm dostluq əlaqələrini, iqtisadi-ticarət və enerji tərəfdaşlığını vurğulayıb, SOCAR tərəfindən Türkiyədə həyata keçirilən layihələr barədə danışıb, “Petkim Külək Enerji Stansiyası”nın Türkiyənin bərpaolunan enerji potensialının yüksəlməsinə, karbon emissiyalarının əhəmiyyətli dərəcədə azalmasına töhfəsini qeyd edib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, yüksək səviyyəli tərəfdaşlığını diqqətə çatdırıb, Türkiyə-Azərbaycan iş birliyinin daha da gücləndirilməsi istiqamətləri, ölkəsinin Azərbaycanda həyata keçiriləcək qaz hasilatının artırılması layihələrində investor olaraq iştirakı barədə fikirlərini bildirib.

Görüşdə Azərbaycan və Türkiyə arasında energetika, bərpaolunan enerji sahələrində əməkdaşlığın, SOCAR-ın Türkiyədəki fəaliyyətinin genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

15.06.2022 23:51
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18

SON XƏBƏRLƏR