Fed-in sədri: Risklər artır, faizi yüksəltməyə davam edəcəyik
ABŞ Federal Ehtiyat Sisteminin (ABŞ Mərkəzi Bankı, FED) sədri Cerom Pauel, Federal Açıq Bazar Komitəsinin (FOMC) iyun iclasından sonra keçirdiyi mətbuat konfransında mühüm açıqlamalar verib.
Marja xəbər verir ki, inflyasiya risklərinin yüksəlməkdə olduğunu qeyd edən Pauell, 26-27 iyul tarixlərində keçiriləcək toplantda faizi 0,50 və ya 0,75 bənd arta biləcəklərini söyləyib.
Pauel, növbəti iclaslarda faizin artırılması sürətinin məlumatlardan asılı olacağını ifadə edib.
Pauellin çıxışından diqqət çəkən məqamlar:
- Fed faiz artımlarında sürətlə hərəkət edir,
- Faiz artımına davam etməyi məqsədəuyğun hesab edirik, iyulda faizi 0,50 və ya 0,75 bənd artıra bilərik,
- Bizim borcumuz qiymət sabitliyini təmin etməkdir (inflyasiyanı 2 faiz səviyyəsinə qaytarmaq),
- Məşğulluğa ciddi zərər vurmadan inflyasiyanı aşağı salmağa çalışacağıq,
- İnflyasiyanı aşağı salarkən işsizlik səviyyəsi 4,1 faizə yüksəlsə, bunun uğurlu nəticə olacağını düşünürəm,
- FED-in qiymət sabitliyinə nail olmaq üçün alətləri var,
- Biz balansımızı ciddi şəkildə azaltmaq prosesindəyik,
- Təchizat çatışmazlığı gözlənildiyindən daha uzun müddət davam edir və qiymətlərin yüksəlməsinə təkan verir,
- İnflyasiyanın aşağı düşdüyünə dair inandırıcı dəlillər görməyincə qələbəmizi elan etməyəcəyik,
- Biz tənəzzül yaratmağa çalışmırıq.
Xəbər verdiyimiz kimi, ABŞ Mərkəzi Bankı (FED) faizini son 28 ildə ən kəskin şəkildə artırıb. FED faizini 0,75 bənd artıraraq 1,50-1,75 faizə çatdırıb. ABŞ-da inflyasiya 40 ilin pik səviyyələrindədir. Son məlumatlara görə, ölkədə illik inflyasiya may ayında apreldəki 8,3 faizdən 8,6 faizə yüksəlib.
HƏMÇİNİN OXU: FED faizini kəskin artırdı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























