İSB: "Şamaxıda avtobus qəzasında xəsarət alan məktəblilərə sığorta təzminatı veriləcək"
Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərin hər biri 5 min manat məbləğində sığorta ödənişi ala bilərlər.
Bunu İcbari Sığorta Bürosundan (İSB) bildiriblər.
"Üçüncü şəxslərin sağlamlığına vurulan zərərlə bağlı məsuliyyəti sübut olunmuş avtonəqliyyat vasitəsi şəhərlərarası sərnişin daşıyan nəqliyyat vasitədirsə, bu zaman Sərnişinlərin icbari fərdi qəza sığortası ilə də sığortalanmalıdır.
Qanunvericiliyin tələblərinə əsasən baş vermiş qəza zamanı sərnişinlərin sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsi üçün şəhərlərarası və beynəlxalq sərnişin daşımaları xidmətini həyata keçirən nəqliyyat vasitələrinin iki sığorta növü üzrə sığortalanması mütləqdir - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə", - açıqlamada deyilir.
İSB-dən bildirilib ki, hadisə zamanı təqsirkar tərəf avtobus sürücüsüdürsə, o zaman sığorta ödənişi avtobusun Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə həyata keçiriləcək: "Əgər hadisə zamanı digər nəqliyyat vasitəsinin təqsiri sübut olunarsa, zərər onun avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı tərəfindən ödəniləcək. Bu halda fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə ümumi 50 min manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 000 manat ödəniş həyata keçirilir.
Üçüncü şəxslərin sağlamlığına vurulan zərərlə bağlı məsuliyyəti sübut olunmuş avtonəqliyyat vasitəsi şəhərlərarası sərnişin daşıyan nəqliyyat vasitədirsə, bu zaman Sərnişinlərin icbari fərdi qəza sığortası ilə də sığortalanmalıdır. Bu halda üçüncü şəxslərin sağlamlığına dəyən zərərin ödənilməsi üzrə sığorta məbləğləri nəqliyyat vasitəsində olan hər bir sərnişinə görə 5 000 manat olaraq hesablanır. Ümumi sığorta ödənişi məbləği ilə əlaqədar maksimum hədd isə oturacaqların sayı ilə müəyyən olunur.
Yuxarıda qeyd olunan iki növ üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir”.
Həmçinin məlumatda qeyd olunur ki, əgər qəza baş verən anda təqsirli tərəf hesab olunan avtonəqliyyat vasitələri Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığortalanıbsa, bu zaman zərəçəkənlərə və ya onların varislərinə hər iki növ üzrə sığorta ödənişi həyata keçiriləcək.
Qeyd edək ki, iyunun 12-də Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Ağır yol-nəqliyyat hadisəsi nəticəsində 59 sərnişindən xəsarət alan 13 nəfər ilk olaraq Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub. 10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.
Vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, inci sümüyünün dəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat ediləcək.
2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozları qoyulub, TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxanaya gətirilsələr də, daha sonra ailələrinin istəyi ilə paytaxtda fəaliyyət göstərən özəl xəstəxanaya yerləşdiriliblər.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur






















