Rusiya Hindistanın ikinci ən böyük tədarükçüsü olub
Rusiya mayda Hindistana ikinci ən böyük neft ixracatçısı olub. Birinci yerdə İraq, üçüncü yerdə isə Səudiyyə Ərəbistanı qərarlaşıb.“The Times of India” qəzetində çıxan xəbərə görə, Hindistan may ayında təxminən 25 milyon barrel Rusiya nefti alıb ki, bu da bütün neft idxalının 16 faizindən çoxuna bərabərdir.
Marja xəbər verir ki, 2021 və 2022-ci ilin ilk rüblərində ölkənin dəniz yolu ilə aldığı Rusiya xam neftinin ümumi idxalında payı 1 faizdən aşağı olarkən, aprel ayında ilk dəfə 5 faizə çatıb.
İraq keçən ay Hindistanın ən böyük tədarükçüsü mövqeyini qoruyub, Səudiyyə Ərəbistanı isə 3-cü yeri tutaraq Rusiyadan geri qalıb.
Rusiyadan ucuz xam neft alışı
Dünyanın üçüncü ən böyük neft idxalçısı olan Hindistan Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri Rusiyadan xam neft alır.
Qərbdə, Ukraynada müharibə səbəbindən müxtəlif sanksiyalara məruz qalan Rusiya xam neftinə maraq azalıb.
Qlobal enerji qiymətlərinin artdığı bir vaxtda Hindistan enerji ehtiyaclarını ödəmək üçün ucuz Rusiya neftindən istifadə edir. Ölkə Rusiya neftini 30 dollara yaxın endirimlə alır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























