ABŞ "ayı" bazarına daxil oldu
Nyu-York birjası ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu həftə açıqlanacaq pul siyasəti qərarları öncəsi artan tənəzzül qorxuları səbəbilə həftənin ilk əməliyyat gününü kəskin enişlə bağlayıb.
Marja.az xəbər verir ki, Dow Jones indeksi 800 bənddən çox və ya 2,79 faiz azalaraq 30 516,74 bənd təşkil edib.
S&P 500 indeksi 3,88 faiz azalaraq 3749 bənd olub, 2021-ci ilin mart ayından bu yana ən aşağı səviyyə olub və indeks yanvar ayında rekord səviyyədən 20 faizdən çox gerilədiyi üçün "ayı bazarına" daxil olub.
Nasdaq indeksi də 4,68 faiz azalaraq 10 809 bənd olub.
ABŞ-da yüksək inflyasiyanın FED-in faiz dərəcələrini daha kəskin artıra biləcəyi və faizlərin aqressiv artırılmasının iqtisadiyyatı tənəzzülə sürükləyə biləcəyi ilə bağlı fikirlər gücləndiyindən, həftənin ilk ticarət günündə indekslər mənfi istiqamətdə hərəkət edib.
ABŞ-da keçən həftə açıqlanan məlumatlara görə, İstehlakçı Qiymətləri İndeksi (inflyasiya göstəricisi) may ayında illik 8,6 faiz artaraq 1981-ci ilin dekabrından bəri qeydə alınan ən yüksək artım olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























