Bitcoin "əriməyə" davam edir
Kriptovalyutaların bazar dəyəri 1 trilyon dollardan çox azalıb.Kriptovalyuta bazarında, xüsusən də Bitcoin-in sürətlə ucuzlaşması davam edir.
Marja.az xəbər verir ki, bugün Bitcoin 14% də çox dəyər itirərək 21 min dollar səviyyələrinə düşüb. Son 7 gündə Bitcoin 26% ucuzlaşıb.
Son 24 saatda Bitcoin-in qiyməti 20 min 834 dolları da görüb.
Riskli aktivlərdən qaçış və tənəzzül narahatlıqları ilə baş verən satış dalğası kriptovalyuta bazarında da öz təsirini göstərir.
Ether və Avax kimi kriptovalyutalarda da kəskin ucuzlaşma müşahidə olunur.
Kriptovalyuta bazarının ümumi həcmi 1 trilyon dollardan aşağı düşməsi səbəbindən bazara inamın pisləşib. Bitcoin-in qiyməti 20 min dollardan aşağı düşərsə, bu inam daha da sarsıla bilər.
ABŞ-da yüksək inflyasiyanın FED-in faiz dərəcələrini daha kəskin artıra biləcəyi və aqressiv faiz artımlarının iqtisadiyyatı tənəzzülə sürükləyə biləcəyi ilə bağlı fikirləri gücləndirdiyindən, yeni həftənin ilk ticarət günündə indekslər mənfi istiqamətdə hərəkət edib.
ABŞ-da keçən həftə açıqlanan məlumatlara görə, İstehlakçı Qiymətləri İndeksi (inflyasiya göstəricisi) illik 8,6 faiz artaraq 1981-ci ilin dekabrından bəri qeydə alınan ən yüksək artım olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















