Gürcüstanın baş naziri: Dövlət “Borjomi”nin sahibi olacaq
Gürcüstan hökuməti Borjomi mineral su qablaşdırma zavodunun səhmdarları ilə danışıqları başa çatdırıb.
Marja.az xəbər verir ki, bu barədə bazar ertəsi Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.
"Biz "Borjomi"nin səhmdarları ilə danışıqları uğurla başa çatdırmışıq və dövlətimiz, Gürcüstan hökuməti "Borjomi" zavodunun sahibi olan qrupun səhmdarına çevriləcək. Səhmlər pulsuz olaraq bizə veriləcək. Bundan sonra dövlətimiz bizim, necə deyərlər, milli irsimizin, qürurumuzun - "Borjomi"nin əsas sahibi olacaq" - Qaribaşvili bildirib.
O qeyd edib ki, səhmlərin ötürülməsi sövdələşməsi beynəlxalq hüquq normalarına tam uyğundur. Gürcüstanın Nazirlər Kabineti Böyük Britaniya şirkətləri ilə məsləhətləşmələr aparıb.
Baş nazir mayın 31-dən iş şəraitinin yaxşılaşdırılmasını tələb edən Borjomi işçilərinin tətilinə də toxunub. Qaribaşvili vurğulayıb ki, dövlət rəsmi olaraq şirkətin şərikli sahibi olduqdan sonra bütün problemli məsələlər həll olunacaq.
Aprelin 29-da "IDS Borjomi Georgia" şirkəti maliyyə çətinlikləri səbəbindən Gürcüstanda fəaliyyətini dayandırdığını bildirən bəyanat yayıb. Bu vəziyyətin Ukraynada müharibə nəticəsində yarandığı iddia edilir. Mayın 19-da "IDS Borjomi International" şirkəti Borjomi zavodlarının sahibi olan "IDS Borjomi Georgia"nın nəzarət paketini Gürcüstan hökumətinə təmənnasız olaraq verməyə hazır olduğunu bildirib.
"IDS Borjomi Georgia" şirkəti "IDS Borjomi International" şirkətinin bir hissəsidir. "IDS Borjomi International" 60%-i "Alfa Qrup"a, 40%-i minoritar səhmdarlara məxsusdur. "Alfa Qrup" şirkətinin təsisçisi Ukraynadakı vəziyyətə görə Qərbin sanksiyalarına məruz qalmış rusiyalı iş adamı Mixail Fridmandır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















