Dövlət şirkəti kibercinayətkarlıqla bağlı risklərdən qorumaq üçün xidmətlər təklif edir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC informasiya resurslarını kibercinayətkarlıqla bağlı risklərdən qorumaq və preventiv addımlar atmaq üçün iki istiqamətdə yeni informasiya təhlükəsizliyi xidmətləri təklif edir.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, ölkənin bir çox böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC-nin müştəriləri İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi, Kibertəhlükəsizlik xidmətlərindən istifadə edə bilərlər.
Vurğulanıb ki, müasir dövrdə informasiya texnologiyaları sürətlə inkişaf edir və yeni İT həllər, avadanlıqlar yaranır. Bu sistemlərin əlverişliliyi ilə yanaşı, zəif tərəfləri də diqqət mərkəzində olur. İşin gedişatında həm təbii olaraq, həm də digər tərəflərin hücumu ilə bu boşluqlar sistemlər üçün təhlükə mənbəyinə çevrilir.
“AzInTelecom” MMC-nin təqdim etdiyi İnformasiya təhlükəsizliyinin auditi və konsaltinqi xidmətinə beynəlxalq standartlara uyğun olaraq siyasət sənədlərinin hazırlanması və risk qiymətləndirilməsinin aparılmasından başlayaraq mitiqasiya, yəni təsirlərin azaldılması tədbirlərinin tətbiq edilməsinədək olan bütün addımlar daxildir.
Bu xidmət, həmçinin müəssisələrin əməkdaşlarının kiberhücumlara qarşı məlumatlılıq dərəcəsinin artırılması, kiberhücumları aşkarlaya bilmələri üçün maarifləndirilmə proqramının təşkilini əhatə edir.
Kibertəhlükəsizlik xidməti çərçivəsində isə informasiya resurslarının, veb və mobil tətbiqlərin təhlükəsizlik yoxlanışı həyata keçirilir.
Müştərinin İT infrastrukturunda, servis və xidmətlərində kiberhücumlar zamanı istismar edilə biləcək boşluqların aşkarlanması və aradan qaldırılması üçün dəstək verilir. Eyni zamanda, müştərinin daha öncə qarşılaşmış olduğu kiberinsidentlərin əsas səbəbinin müəyyən edilərək aradan qaldırılması üçün “AzInTelecom”un mütəxəssisləri müəyyən texniki işlər aparırlar.
Yeni xidmətlərin təqdim edilməsində əsas məqsəd işlək siyasət, təlimat və prosedurların hazırlanması ilə effektiv idarəetmənin həyata keçirilməsinə nail olmaqdır. Bu xidmətlərdən istifadə həssas məlumatlarla işləyən müəssisələrin kibertəhlükələrə qarşı məsuliyyətinin göstəricisidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb























