ABŞ-da 40 ilin ən yüksək inflyasiyası neft qiymətlərinin aşağı düşməsinə səbəb olub
40 illik ən yüksək səviyyəsini yeniləyən ABŞ inflyasiyası və Çində karantin tədbirlərinin yenidən aktivləşməsi neft qiymətlərinin aşağı düşməsinə səbəb olub.ABŞ-da son 40 ilin ən yüksək inflyasiyasına qarşı atılacaq aqressiv sərt pul siyasəti addımlarının (FED-in daha çox faiz artırmasının) iqtisadiyyatda durğunluq yaradacağına dair gözləntilər və Çində karantin tədbirlərin yenidən aktivləşməsi neft bazarında qiymətləri aşağı salıb. Fed-in ddaha çox faiz artırmasının bir müddət sonra iqtisadi durğunluğa səbəb olacağı, belə bir vəziyyətdə də neftə təlabatın azala biləcəyi nəzərdə tutulur.
Marja xəbər verir ki, ABŞ xam nefti 2 faiz ucuzlaşaraq 119 dollardan, Brent markalı neft də 2%-ə yaxın ucuzlaşaraq 120 dollardan aşağı düşüb.
ABŞ-da inflyasiya son 40 ildə pik həddinə çatıb, FED-in aqressiv faiz artıracağı proqnozları güclənib. Ölkədə yanacağın qiyməti qalxmaqda davam edib. Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatlarına görə, ABŞ-da inflyasiyanın artmasının əsas səbəblərindən biri olan benzinin qallonunun orta qiyməti şənbə günü də artmağa davam edərək tarixində ilk dəfə 5 dolları keçib (5,004 dollara yüksəlib.).
Noyabrda keçiriləcək ara seçkilər öncəsi, Co Bayden və Demokrat millət vəkilləri üçün benzin qiymətləri böyük problemə çevrilib.
Ukraynanın işğalından sonra bir çox ölkələr Rusiyaya neft embarqosu tətbiq edərkən, emal olunmuş məhsulların istehlakı təklifi üstələyir və ehtiyatlar azalmağa davam edir.
Qlobal investisiya bankı "Goldman Sachs", Brent neftinin qarşıdakı aylarda 140 dolları keçəcəyini gözlədiyini açıqlayıb.
"Morgan Stanley" də ən aqressiv ssenaridə neftin qiymətinin 150 dolları keçə biləcəyini açıqlayıb. Brent markalı neftin qiyməti 2008-ci ilin iyulunda 147,50 dollar səviyyəsinə çataraq rekord qırmışdı.
"Black Gold Investors"un baş direktoru Gary Ross, “Qiymətlərin artması üçün, mən son 50 ildə heç vaxt belə əlverişli şərtlərin bir araya gəldiyini görməmişəm. Dünyanın çox az ehtiyat gücü var, iqtisadiyyat Çindən kənarda da güclüdür, Çin tələbatı indi geri qayıdır və biz qlobal neft qıtlığının ortasındayıq.", - deyib.
Çin Milli Neft Korparasiyası üçüncü rübdə Çin tələbinin 12 faiz arta biləcəyini proqnozlaşdırır.
"Energy Aspects Ltd"nin Baş neft analitiki Amrita Sen de, “Çinsiz biz 120 dollardayıq. Beləliklə, Çin tələbi artmağa başlayanda neft qiymətləri daha da yüksələcək. Qiymətlər yüksək olsmasına baxmayaraq, insanların səyahət etmələri də yanacağa tələbat artır",- deyib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
- 2 saat əvvəl
-
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İyunun 14-də gözlənilən hava şəraiti
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib






















