AQTA-dan "Belarus toyuqları" açıqlaması - Geri çağırılması ilə bağlı qərar qəbul edilib
AQTA: Belarusdan ölkəyə gətirilmiş toyuqların ucuz qiymətə satılmasının səbəbi ikinci kateqoriya və yumurtadan kəsilmiş (ana toyuqlar) toyuqların olmasıdır. Sənaye şəraitində yetişdirilməsinə, həmçinin toyuqların üzərində rus dilində “ikinci sort dondurulmuş toyuq” qeyd olunmasına baxmayaraq, “kənd toyuğu” və ya “Belarus kənd toyuğu” adı altında satılması istehlakçılara yanlış məlumat verilməklə onların aldadılmasına səbəb olur 
 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Belarus toyuqları" ilə bağlı məsələyə aydınlıq gətirib.
Agentlikdən bildirilib ki, “Yeyinti məhsulları haqqında” qanunun 6-cı maddəsinə əsasən, ölkə ərazisinə idxal olunan bütün qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır.
Məlumatda vurğulanıb ki, idxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur:
"Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydaları Nazirlər Kabinetinin 302 nömrəli qərarı ilə tənzimlənir. Həmin qərara əsasən, yeyinti məhsulları sertifikatlaşdırılarkən təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Agentlik tərəfindən ekspertizadan keçirilir, yeyinti məhsullarından nümunələr götürülərək “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanuna uyğun olaraq akkreditasiyadan keçmiş laboratoriyalarda onların sınağı (tədqiqi) aparılır. Eyni zamanda bildiririk ki, Agentlik Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının ümumdünya heyvan sağlamlığı informasiya sistemi vasitəsilə hər gün digər ölkələrdəki epizootik vəziyyəti izləyir. Epizootik vəziyyətindən asılı olaraq, Belarusdan, o cümlədən digər ölkələrdən idxal olunan quşçuluq məhsulları ixrac edən ölkənin aidiyyəti nəzarət orqanları tərəfindən verilən müvafiq sənədlər əsasında idxalına icazə verilir".
"Son günlər bəzi xəbər saytları tərəfindən bazarlarda ucuz qiymətə (3-ü 10-11 manata) toyuq məhsullarının satışı ilə bağlı yayımlanmış məlumata əsasən, agentlik tərəfindən müvafiq monitorinqlər keçirilib. Belə ki, monitorinq çərçivəsində müəyyən edilib ki, Belarus Respublikasından ölkəyə gətirilmiş sözügedən toyuqların ucuz qiymətə satılmasının səbəbi ikinci kateqoriya və yumurtadan kəsilmiş (ana toyuqlar) toyuqların olmasıdır. Buna baxmayaraq, ölkəyə idxal zamanı həmin məhsullar təhlükəsizlik göstəriciləri üzrə (Salmonella, quş qripi və koronavirus) müayinələrə cəlb edilmiş və sınaq nəticələri qanunvericiliyin tələblərinə uyğun olduğu üçün qida təhlükəsizliyi sertifikatı ilə təmin edilib. Eyni zamanda nəzərinizə çatdırırıq ki, sənaye şəraitində yetişdirilməsinə, həmçinin toyuqların üzərində rus dilində “ikinci sort dondurulmuş toyuq” qeyd olunmasına baxmayaraq, “kənd toyuğu” və ya “Belarus kənd toyuğu” adı altında satılması istehlakçılara yanlış məlumat verilməklə onların aldadılmasına səbəb olur.Göstərilənlərə əsasən, həmin şirkətlərdə plandankənar yoxlama aparılıb və sözügedən toyuq məhsullarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı “məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar” qəbul edilib.Geri çağırılmış məhsullarla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.
Bundan əlavə, çəkisinin artırılması məqsədilə həmin toyuqlara su vurulması ilə bağlı nəzərinizə çatdırırıq ki, monitorinqlər çərçivəsində ticarət şəbəkələrində satışı həyata keçirilən həmin toyuqlardan nümunələr götürülüb və suyun kütlə payının müəyyən edilməsi məqsədilə laboratoriyaya təqdim edilib. Belə ki, nümunələrin sınaq nəticəsinə əsasən, suyun kütlə payı normativ sənədin tələblərinə uyğun olub", - AQTA-dan qeyd edilib.
Müştərilərin xəbərləri
 
                        Abşeron Ticarət Mərkəzində yerləşdirmiş sahibkarların dövlət proqramlarından istifadə imkanları müzakirə edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 
                     11 saat əvvəl
                    Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçiriləcək 
- 
                         📲 İndi
 Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
 ♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
 ♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 
                     12 saat əvvəl
                    Starbucks üçün qəhvə çatdırılması xidməti artıq 1 milyard dollarlıq biznesə çevrilib 
- 
                     12 saat əvvəl
                    Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq 
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 
                     12 saat əvvəl
                    Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq 
- 
                     12 saat əvvəl
                    Azərbaycanda “Huawei”nin həllərinin təqdim edilməsi məsələləri müzakirə olunub 
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Azərbaycanda möhtəşəm Memarlıq və Dizayn Qala Gecəsi keçiriləcək
 
                                    Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
 
                                Qazax və Qusarda dövlət ehtiyacları üçün torpaq sahələri alınacaq
 
                                Çin ABŞ-dan hər il 25 milyon ton soya alacaq
 
                                Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
 
                                Misli.az-da böyük uduş: 1 manatlıq mərc 194 min manat qazandırıb
 
                                Türkiyə Mərkəzi Bankının ehtiyatları rekord səviyyədən geriləyib: 13 milyard dollar azalıb
 
                                “Azexport” və “QazTrade” arasında Anlaşma Memorandumu imzalanıb
 
                                İcra başçısı vəzifədən azad olundu
 
                                

 
                         
                    





 
                             
                             
                            .jpg)





 
                                     
                                     
                                     
                                    




