Dövlət yeraltı dayanacağı satışa çıxarır - QİYMƏT
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 21 və 28 iyun tarixlərində özəlləşdirmə hərracları təşkil ediləcək.
Xidmətin yaydığı məlumatda bildirilir ki, uyunun 21-də keçiriləcək hərraca 11 kiçik dövlət müəssisəsi, 59 nəqliyyat vasitəsi, 28 iyunda təşkil olunacaq hərraca isə 7 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili və 30 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Müəssisələr paytaxtla yanaşı, bölgələrdə də yerləşir və əksəriyyəti torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılacaq.
İlk dəfə hərraca çıxarılan və Şəki şəhəri, Heydər Əliyev prospekti, 61A ünvanında yerləşən yeraltı dayanacaq alıcılara 160.000 manata təklif olunur. Bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 1143 kvadratmetrdir. Hərracda iştirak etmək istəyən şəxs 16.000 manat beh ödəməlidir.
Qazax rayonunun Canallı kəndində yerləşən mağazanın ilkin start qiyməti 14.000 manatdır. Bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 111 kvadratmetr, torpaq sahəsi isə 210 kvadratmetr təşkil edir. Əmlak torpaq sahəsi ilə birgə satılır. Hərracda iştirak etmək istəyən şəxs 1.400 manat beh ödəməlidir
Özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Koreya və Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1982-2013-cü illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: ( https://bit.ly/3mmNVpB )
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)





.jpg)








