Azərbaycandakı investisiya şirkətlərinin məcmu xalis mənfəəti 26% artıb

Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “Troni” istisna olmaqla, ölkənin qiymətli kağızlar bazarında fəaliyyət göstərən 11 investisiya şirkətinin 2021-ci ildə məcmu xalis mənfəəti 7 milyon 753 min manat təşkil edib.
Bu, 2020-ci illə müqayisədə 25,7% çoxdur.
İnvestisiya şirkətlərindən 2-si – “MFX-Trading” və “Plato Capital and Co.” ötən ili zərərlə başa vurub. Hesabat dövründə 1-cinin zərəri artıb, 2-cinin zərəri isə azalıb. 2021-ci ildən mənfəətlə çıxmış qalan 9 maliyyə qurumundan isə 1-i – “ABB-İnvest” 2020-ci ildən zərərlə çıxdığı, 1-i – “CPM-İnvest” isə bazara ötən il daxil olduğu üçün onların mənfəətinin/zərərinin dinamikasını hesablamaq mümkün olmayıb. Həm ötən ili, həm də əvvəlki ili mənfəətlə başa vurmuş 7 investisiya şirkətindən isə 2-si – “BTB Kapital” və “PAŞA Kapital” mənfəətini azaldıb, qalanları isə artırıb.
Ötən il investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti 9 milyon 748 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 23,9% çoxdur. Maliyyə qurumlarının ayrı-ayrılıqda vergiyəqədərki mənfəətlə bağlı vəziyyəti xalis mənfəətdə olduğu kimidir.
2021-ci ildə investisiya şirkətlərinin məcmu mənfəət vergisi ödəmələri isə 1 milyon 992 min manat təşkil edib. Bu da illik müqayisədə 17,5% çoxdur. İnvestisiya şirkətlərindən 2-si – “MFX-Trading” və “Plato Capital and Co.” ötən ili zərərlə başa vurduqları üçün vergi ödəməyiblər. 2021-ci ildə vergi ödəmiş qalan 9 maliyyə qurumundan 1-i “ABB-İnvest” 2020-ci ildə vergi ödəmələrinə qənaət etdiyi, 1-i – “CPM İnvest” isə bazara ötən il daxil olduğu üçün onların vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb. Həm ötən il, həm də əvvəlki il vergi ödəmiş 7 investisiya şirkətindən 3-ü - “BTB Kapital”, “İnvest-AZ” və “PAŞA Kapital” vergi ödəmələrini azaldıb, qalanları isə artırıb.
Azərbaycandakı investisiya şirkətlərinin məcmu aktivləri 2 dəfədən çox artıb
Azərbaycan Mərkəzi Bankından yenicə lisenziya almış “Troni” istisna olmaqla, ölkənin qiymətli kağızlar bazarında fəaliyyət göstərən, 11 investisiya şirkətinin bu il yanvarın 1-nə məcmu aktivləri 185 milyon 154 min manat təşkil edib.
Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,1 dəfə çoxdur.
Hesabat dövründə investisiya şirkətlərindən 1-i – “Unicapital” aktivlərini azaldıb, qalanları isə artırıb.
Ötən ilin sonuna investisiya şirkətlərinin məcmu öhdəlikləri 151 milyon 615 min manat olub ki, bu da əvvəlki ilin sonuna nisbətən 2,4 dəfə çoxdur. Maliyyə qurumlarından 1-i – “Unicapital” öhdəliklərini azaldıb, qalanları isə artırıb.
Hesabat tarixinə investisiya şirkətlərinin məcmu balans kapitalı isə 33 milyon 538 min manat təşkil edib. Bu da illik müqayisədə 36,9% çoxdur. Maliyyə qurumlarından 2-si – “İnvest-AZ” və “Unicapital” balans kapitalını azaldıb, qalanları isə artırıb.
Bu il yanvarın 1-nə investisiya şirkətlərinin məcmu nizamnamə kapitalı isə 16,791 milyon manat olub. Bu isə ötən il yanvarın 1-nə nisbətən 23,9% çoxdur. Maliyyə qurumlarından 2-si – “ABB-İnvest” və “Plato Capital and Co.” nizamnamə kapitalını artırıb, qalanları sabit saxlayıb.
İllik 14.5%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
20 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
23 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
