Dünyanı tədirgin edən bahalaşma
Neft ABŞ-da açıqlanan ehtiyat (rezerv) məlumatlarından sonra daha da bahalaşıb. Qiymətlərin səviyyəsi inflyasiya təzyiqləri ilə bağlı narahatlıqları artırıb.
Marja.az xəbər verir ki, ABŞ xam nefti 122 dollara, Brent markalı neft isə 124 dollara yüksəlib. Brent nefti 3%-ə yaxın bahalaşma ilə 124,37 dolları görüb.
ABŞ Enerji İnformasiya İdarəsi tərəfindən açıqlanan məlumatlara görə, ölkədə xam neft ehtiyatları mart ayının əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb, yanacaq ehtiyatları isə son 8 ilin ən aşağı sürücülük mövsümü səviyyəsinə çatıb.
Ölkədə yanacağın qiymətlərində rekord səviyyələr davam edib. Neftin bahalaşmasının yanacaqdoldurma məntəqələrinə də yansıması nəticəsində ABŞ-da benzinin qallon qiyməti 5 dolları ötüb.
"ING Groep NV"nin Əmtəə Strategiya Direktoru Warren Paterson, ABŞ-da açıqlanan yanacaq ehtiyatlarının səviyyəsinin ümumiyyətlə avtomobil sürülməsi mövsümündə görülən səviyyəyə yaxın olduğunu bildirib. Paterson, xam neft qiymətlərində yüksəlişin davam edə biləcəyini proqnozlaşdırır.
ABŞ xam neft qiyməti proqnozlarını yeniləyib
ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bu il üçün Brent və West Texas Intermediate (WTI) xam neft qiymətləri ilə bağlı proqnozlarını yüksəldib.
EIA-nın "2022-ci ilin İyun Qısamüddətli Enerji Proqnozları Hesabatında" Brent markalı neftin bu il üçün orta barel qiymətinin 107,37 dollar olacağı təxmin edilir. May hesabatında bu rəqəm 103,35 dollar olub.
Hesabatda WTI markalı xam neftin bir barelinin qiymətinin bu il 102,47 dollar olacağı proqnozlaşdırılır. May ayında WTI markalı neftin bir barelinin qiymətinin 98,20 dollar olacağı nəzərdə tutulurdu.
Gələn il Brent markalı neftin bir barelinin qiymətinin 97,24 dollar, WTI markalı neftin qiymətinin isə 93,24 dollar/barel olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















