"Növbəti bir neçə ayda neftin qiyməti 150 dolları keçə bilər"
"Trafigura" rəhbəri neft qiymətlərinin rekord artımı barədə xəbərdarlıq edirNeft treyderi "Trafigura"nın baş icraçı direktoru Ceremi Veir bildirib ki, neft qiymətləri bu il rekordlara çataraq iqtisadi artımı yavaşlada bilər.
Marja xəbər verir ki, Veir, "Biz kritik vəziyyətdəyik" deyib.
Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı tərəfindən Rusiya neftinin ixracına qoyulan məhdudiyyətlər "illər boyu sərmayə qoyuluşunun" yaratdığı onsuz da məhdud təklifi daha da pisləşdirdiyi üçün neft qiymətləri bütün zamanların ən yüksək səviyyəsinə qalxa bilər. Veir bildirib ki, növbəti bir neçə ayda qiymətlər 150 dollar/barel baryerini keçə bilər.
Həmçinin Veir hesab edir ki, mis və litium kimi digər malların qiymətlərinin artması da qlobal iqtisadi artıma təzyiq göstərəcək və nəticədə iqtisadiyyatın yavaşlamasına səbəb ola bilər.
"Müəyyən bir müddət ərzində enerji qiymətlərinin çox yüksək olduğunu görsək, nəticədə tələbatın məhv olduğunu görəcəyik",- o deyib.
Qeyd edək ki, Brent markalı neftin qiyməti 2008-ci ildəki maliyyə böhranı ərəfəsində bütün zamanların ən yüksək həddinə - 143,9 dollar/barelə çatmışdı.
Xəbər verdiyimiz kimi, qlobal investisiya bankı "Goldman Sachs" neftlə bağlı yeni təhlil aparıb. Analizdə bazardakı "uçurumu" aradan qaldırmaq üçün qiymətlərdə yeni bir yüksəliş olmasına diqqət çəkilib. Bank üçüncü rüb üçün Brent neftinin qiyməti üzrə proqnozunu 140 dollara, ABŞ xam neft proqnozunu isə 137 dollara qaldırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















