Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

BOKT “İnternational” istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
BOKT “İnternational” istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

7 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında “BOKT “İnternational” QSC-nin kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.

Birjanın yaydığı məlumata görə, 2 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Reklam_3_11

BFB-nin sədri vəzifəsini müvəqqəti icra edən Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan BOKT “İnternational” QSC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirib.

OKT International QSC-nin faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 20 min ədəd, hər birinin nominal dəyəri 100 manat, illik faiz dərəcəsi (gəlirlilik) 13%, tədavül müddəti 18 ay, kupon faizlərinin ödəniş müddəti 3 aydan birdir.

 

07.06.2022 11:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18