Avropa və ABŞ birjalarında IPO həcmi 90% azalıb
Ukraynada müharibə, artan inflyasiya və faiz dərəcələri biznesləri birjaya çıxmaq planlarını dayandırmağa məcbur etdiyi üçün ABŞ və Avropada ilkin kütləvi təkliflərin həcmi bu il 90 faiz aşağı düşüb.Bu ilin ilk beş ayı ərzində Avropa və Amerika birjaları IPO (səhmlərin ilkin kütləvi təklifi) vasitəsilə 17,9 milyard dollar cəlb edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 90,8% azdır.
Marja.az xəbər verir ki, bu barədə bazar ertəsi Britaniyanın “Financial Times” qəzeti "Dealogic" analitik platformasına istinadən məlumat yayıb.
Vurğulanır ki, ilin əvvəlindən Avropa və ABŞ-da cəmi 157 şirkət öz səhmlərini birjalarda yerləşdirib, halbuki 2021-ci ilin yanvar-may aylarında belə şirkətlərin sayı 628 olmuş, onların cəlb etdiyi vəsaitlərin həcmi 192 milyard dollar təşkil etmişdi.
Eyni zamanda, qlobal miqyasda bu il IPO vasitəsilə cəlb edilən vəsaitlərin həcmi ilk beş ayda 71% azalaraq 283 milyard dollardan (1,2 min şirkət) 81 milyard dollara (596 şirkət) düşüb.
Nəşrə müsahibə verən ekspertlərin fikrincə, Ukraynada baş verən hadisələr və qlobal tənəzzül ehtimalı bir çox şirkətləri IPO-larını gələn ilə qədər təxirə salmağa məcbur edə bilər.
Qəzet qeyd edib ki, 2022-ci ilin əvvəlindən bəri ən böyük on IPO siyahısında Avropa və ya ABŞ-dakı birjalarda cəmi iki əməliyyat baş verib. Belə ki, yanvar ayında Amerika investisiya şirkəti TPG Nasdaq birjasında səhm yerləşdirməsi yolu ilə 1 milyard dollar, Norveçin neft və qaz hasilatı şirkəti Vaar Energi isə Oslo birjasında 880 milyon dollar cəlb edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















