Neft yeni həftəyə bahalaşma ilə başlayıb
Səudiyyə Ərəbistanının Asiyadan olan müştərilərinə qiyməti artırması və Çinin paytaxtı Pekində bəzi karantin tədbirlərinin yumşaldılması neft bazarlarında qiymətlərin yüksəlməsinə səbəb olub.Neft bazarları yeni həftəyə yüksəliş tendensiyası ilə başlayıb.
Marja.az xəbər verir ki, ABŞ xam nefti 119 dolları, Brent nefti isə 120 dolları keçib. Bakı vaxtı saat 08:27-də Brent nefti 0,7% artımla 120,58 dollardan ticarət olunub.
Səudiyyə Ərəbistanı Asiyadan olan müştəriləri üçün qiyməti artırıb. Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco", Asiyadan olan müştərilərinə təklif etdiyi neftin barrelini 2,10 dollar artırıb.
Neft bazarları dünyanın ən böyük neft idxalçısı olan Çində karantin tədbirlərinin yumşaldılması qərarlarını da yaxından izləyir.
Ölkənin maliyyə mərkəzi olan Şanxayda karantin ləğv edildikdən sonra paytaxt Pekində bəzi karantin tədbirlərinin yumşaldılması qərara alınıb.
Fengtai və Çangping hissələri istisna olmaqla, iyunun 6-dan Pekində ictimai nəqliyyat bərpa olunacaq. 72 saat ərzində testi mənfi olan şəhər sakinləri şəhərdə sərbəst gəzə biləcəklər. Əvvəl bu müddət 48 saat olaraq müəyyən edilmişdi.
Restoranlar məkan daxilində müştərilərinə xidmət göstərə biləcək və işçilər ofislərinə qayıda biləcəklər. Kinoteatr kimi əyləncə məkanları açılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















