Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İqtisadi Şuranın iclası keçirildi - dövlət büdcəsinə əlavə düzəlişlər edilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İqtisadi Şuranın iclası keçirildi - dövlət büdcəsinə əlavə düzəlişlər edilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

27 may 2022-ci il tarixində cənab Prezident İlham Əliyevin Zəngilan rayonunda çıxışı zamanı iqtisadiyyatımızın mövcud müsbət nəticələrini nəzərə alaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı Hökumətə verdiyi tapşırıqdan irəli gələrək İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetindən verilən xəbərə görə, iclasda cari ilin ötən dövrü üzrə iqtisadi vəziyyət, ortamüddətli sosial-iqtisadi proqnoz göstəriciləri, büdcə gəlirlərinin nəzərdə tutulandan daha çox icra olunması, 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) və digər cari məsələlər geniş müzakirə olunub.

İclasda İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Maliyyə naziri Samir Şərifovun, eləcə də Mərkəzi Bankın sədri Taleh Kazımovun məruzələri dinlənilib.

2022-ci ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq baxılması üçün cənab Prezidentə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

04.06.2022 12:24
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18