"Azərkosmos" İspaniyanın yüksək texnologiya şirkəti ilə əməkdaşlığa başlayır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos İspaniyanın aerokosmik, müdafiə və təhlükəsizlik sahələri üzrə fəaliyyət göstərən “GTD Ingenieria de Sistemas” şirkəti ilə Niyyət Protokolu imzalayıb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, Bu sənəd kosmik sahə üzrə qarşılıqlı fayda gətirəcək layihələrdə əməkdaşlığın təməlini qoyur.
Niyyət Protokoluna əsasən Azərkosmos “GTD Ingenieria de Sistemas” şirkəti ilə birgə ölkədə kosmik sahə üzrə analitika və həllər, peyk sistemlərinin inkişafı, təhsil proqramları çərçivəsində bilik və təcrübə mübadiləsi imkanları yaradacaq.
Sənəddə Azərbaycanda kosmik sahə ilə bağlı tədqiqat və inkişaf fəaliyyətlərinin dəstəklənməsi, həmçinin peyk sistemlərinin mühəndis həllərinə dair texnologiya transferinin təmin olunması məsələləri əksini tapıb.
İkitərəfli razılaşmada hazırda kosmik sahənin prioritet istiqamətlərindən biri olan Yer səthinin məsafədən müşahidəsi və geoməkan məlumatlarının idarə olunması sahəsində ən müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyət kəsb etdiyi də vurğulanıb.
Qeyd edək ki, “GTD Ingenieria de Sistemas” 30 ildən çox fəaliyyət göstərən yüksək texnologiya şirkətidir. Şirkət kosmos, aerokosmik və enerji sənayesində, o cümlədən elm və tədqiqat əsaslı layihələrdə, infrastruktur layihələrində mühəndis və texniki həllərin təmin olunması üzrə ixtisaslaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)



