"Rusiya neft hasilatını azaldacağı təqdirdə Səudiyyə Ərəbistanı neft hasilatını artırmağa hazırdır"
Ölkədə hesab edirlər ki, bazardakı gərgin vəziyyətə baxmayaraq, hələlik real qıtlıq yoxdur.Səudiyyə Ərəbistanı Qərb ölkələrinə açıq şəkildə bildirib ki, Rusiya sanksiyalara görə əhəmiyyətli dərəcədə az neft hasil etməyə başlayarsa, neft hasilatını artırmağa hazırdır.
Marja.az xəbər verir ki, bu barədə cümə axşamı mənbələrə istinadən Financial Times qəzeti yazıb.
Xəbərə görə, Səudiyyə Ərəbistanı hesab edir ki, neft bazarında vəziyyətin gərgin olmasına baxmayaraq, hələlik real qıtlıq yoxdur. Bununla belə, Avropa İttifaqının sanksiyaları səbəbindən Rusiyada neft hasilatının azalması halında yanacaq çatışmazlığı ehtimalı artacaq.
Səudiyyə Ərəbistanı dəfələrlə Ağ Ev və G7-nin neft hasilatını artırmaq çağırışlarını rədd etmişdi.
ABŞ Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett McGurk və ABŞ Dövlət Departamentinin enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hawksteen də daxil olmaqla Amerika nümayəndə heyəti krallığa səfərlər ediblər. Məlumata görə, danışıqlar nəticəsində Səudiyyə tərəfi neftin qiymətinin aşağı salınması və resursun çatışmazlığı halında onun hasilatının artırılması üçün tədbirlər görməyə razılaşıb.
"Səudiyyə Ərəbistanı risklərdən xəbərdardır və neft qiymətlərinə nəzarəti itirmək onun marağında deyil", - Financial Times-ın həmsöhbətlərindən biri vəziyyəti şərh edib.
Qəzetin məlumatına görə, Səudiyyə Ərəbistanı və BƏƏ-də neft hasilatının tezliklə artırılması məsələsi də müzakirə olunub. Diplomatik mənbə Financial Times-a bildirib ki, bu qərar cümə axşamı OPEC+ toplantısında elan oluna bilər, lakin hələlik yekunlaşdırılmayıb. Razılaşma əldə olunarsa, sentyabrda nəzərdə tutulan neft hasilatının artırılması iyul və avqust aylarına keçirilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















