Neft bazarı OPEC+ toplantısına fokuslanıb
Neft bazarı cümə axşamı keçiriləcək OPEC+ koalisiyasının iclasına fokuslanıb.
Marja xəbər veri rki, görüşdən əvvəl "Wall Street Journal"da çıxan xəbər qiymətlərdə dalğalanmalar yaradıb. Xəbərə görə, OPEC üzvləri Rusiyanı hasilat sazişindən çıxarmağı düşünür.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi 13 OPEC üzvü və Rusiyanın başçılıq etdiyi OPEC-ə daxil olmayan 10 neft hasil edən ölkənin enerji və neft nazirləri cümə axşamı günü görüşəcəklər.
İclasda OPEC+ qrupunun iyul ayı üçün hasilat siyasəti müzakirə diləcək. OPEC+ qrupu iyun ayında hasilatı gündəlik təxminən 432 min barel artırmaq qərarına gəlib.
OPEC+ toplantısı ilə yanaşı, dünyanın ən böyük neft idxalçısı Çindən gələn göstəricilər də diqqətlə izlənilir. Çinin maliyyə mərkəzi olan Şanxayda karantin tədbirləri iyunun 1-dən yumşaldılıb.
Çində rəsmi satınalma menecerləri indeksindən (PMI) sonra Caixin indeksindən müsbət siqnallar gəlib.
Caixin istehsal PMI may ayında 48.1-ə yüksəlib. Aprel ayında indeks bağlanma tədbirlərilə əlaqədar olaraq 46 səviyyəsinə düşmüşdü.
İndeksdə 50-dən aşağı olan rəqəmlər azalma, yuxarı rəqəmlər isə artım deməkdir.
Bu həftə 123 dolları görən Brent nefti hazırda 115 dollar səviyyələrində ticarət olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























