Azərbaycanda çox yüksək keyfiyyətdə görüntü təqdim edən, incə 8K televizorların satışına başlanılıb
Gələcəyə yeni baxış - Samsung Neo QLED 8K televizorları
(®) Neo QLED, ən yüksək təsvir keyfiyyətini təqdim etmək üçün xüsusi "təmzimlənən" LED-lərdən istifadə edən, Samsung-un illər ərzində inkişaf etmiş texnologiyasıdır. Texnologiya müxtəlif işıq saçan və təsviri yüksək dəqiqliklə ötürən çoxlu sayda kvant nöqtələrindən istifadə edir. Sadə dillə desək, kvant nöqtələri müəyyən ölçülərdən asılı olaraq rənglər yayan kiçik toplardır. Rəng spektri birbaşa kvant nöqtəsinin ölçüsündən asılıdır və texnologiyanın bütün mahiyyəti buna əsaslanır. Müxtəlif nöqtələr sayəsində ekran daha çox parlaq olub, təsviri ən yüksək keyfiyyətdə göstərir. Samsung şirkəti Neo QLED-in özündə isə, adi nöqtələrin ölçüsünün 1/40-ı təşkil edən mini-LED-lərdən istifadə edir. Diodlar daha kiçik olduğundan, optik məsafə azalır və televizorun korpusu daha incə olur.
Texnologiya həmçinin süni intellektin köməyi ilə təsvirin təzadlığını və aydınlığını yaxşılaşdıran yeni miqyaslaşdırma qaydası olan Neo Quantum Processor-dan istifadə edir. Sözü gedən bu prosessor həqiqətən sürətlidir, burada neyronlar və alqoritmlər şəbəkəsi indi əvvəlki mexanizmlərdən 16 dəfə daha səmərəli işləyir. Neyroşəbəkə məlumatları, ekranda nələrin göstəriləcəyini müəyyən etmək üçün süni intellekt alqoritmlərindən istifadə etməklə televizorlarda təsviri təkmilləşdirməyə imkan verir. Bundan sonra, emal edilmiş məlumat televizorun arxa işığı ilə “birləşdirilir” formaların və səthlərin parlaqlığı və dəqiqliyi maksimum dərəcədə artırılır. Real Depth Enhancer-in dəstəyi ilə yekun nəticə ön və arxa plana ayrılaraq daha real təsvir dərinliyi və təzadlığını təmin edilir.
Yüksək keyfiyyətli təsvirin mükəmməl ötürülməsi Samsung Neo QLED-in forma faktoru ilə gücləndirilir. İstənilən məkana uyğunlaşan minimalist dizayn, demək olar ki, yan çərçivəsiz təqdim olunur. Televizorun haşiyəsi artıq ekranda baş verən hadisələrdən diqqəti yayındırmır və görüntünün ab havasına dalmağa imkan yaradır. Təxminən 1 mm genişliyində olan bu çox incə çərçivələr, Neo QLED-ə həqiqətən zövq oxşaya bir görünüş bəxş edir.
Parlaq, demək olar ki, çərçivəsiz, incə dizayna əlavə olaraq, istehsalçı burada həm də One Connect Box-dan istifadə edir. Bu, müxtəlif naqillərin yaratdığı dolaşıqlığı minimuma endirməyə imkan yaradan və girişlər / çıxışlar da daxil olmaqla, televizorun bütün qoşulmalarını bir yerdə toplayan xüsusi “qutudur”.
Mükəmməl görüntü əlbəttə ki, mükəmməl səs ilə müşahidə olunmalıdır. Bu səbəbdən də Samsung, sözü gedən bu televizorları hadisələri ekranda izləyən ətraf səs texnologiyaları ilə təchiz etmişdir. Bu keyfiyyət nəinki səsi həcmləndirir, həm də tamaşaçının film və ya proqramın ab havasına dalmasına kömək edir. Bu, nitqin baş verənləri daha dolğun başa düşməyə kömək etdiyi hərəkət səhnələri və oyunlar üçün daha çox uyğundur.
Yuxarıda sadalanan funksiyalara əlavə olaraq, televizor bir çox başqaları ilə də təchiz edilmişdir:
• Q-Symphony - Eyni zamanda həm dinamiklərdən, həm də əlavə səs panelindən istifadə edərək səsi yayımlayır (yalnız uyğun olan Samsung səs panelləri ilə).
• Tap View - telefon ekranının televizorda əks etdirir. Multi View sizə ekranı əks edərkən məzmunun yayımını davam etdirməyə imkan verir.
• SpaceFit Sound - otaq həcmindən asılı olaraq rəqəmsal səsin korreksiyası funksiyası (otağınızın akustikasına əsaslanan səs optimallaşdırılması).
• Super UltraWide GameView - 32:9 aspekt nisbətində görüntü yayımlamağa imkan yaradır (ultra geniş oyunlara aiddir, yalnız PC-dən).
Xatırladaq ki, Samsung Neo QLED televizorları artıq Azərbaycan bazarında da satışa çıxarılıb. Samsung Neo QLED televizorları haqqında əlavə məlumatı Samsung-un rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home, Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində əldə bilərsiniz.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 1 gün əvvəl
-
1 gün əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
1 gün əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
1 gün əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
