Almaniya inflyasiyasında yeni rekord
Almaniyada inflyasiya may ayında 8,7 faizlə yeni rekorda imza atıb. Bu vəziyyət Avropa Mərkəzi Bankının monetar siyasətində normallaşma prosesini sürətləndirə bilər.Almaniyada inflyasiya bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Marja xəbər verir ki, Avropanın ən böyük iqtisadiyyatında inflyasiya may ayında illik müqayisədə 8,7 faizə yüksəlib. Marja.az xəbər verir ki, iqtisadçıların proqnozu 8,1 faiz idi.
Enerji və ərzaq qiymətlərinin artması inflyasiyaya təkan verib.
İnflyasiya məlumatları Avropa Mərkəzi Bankının (ECB) kritik qərarından 10 gün əvvəl açıqlanıb. ECB rəsmilərinin irimiqyaslı aktiv alışı proqramının bitdiyini elan edəcəkləri və 10 ildən çox müddətdə ilk dəfə iyul ayında faiz artırmağa işarə edəcəkləri gözlənilir.
Almaniyanın maliyyə naziri Kristian Lindner qiymət artımı ilə mübarizənin onların birinci prioriteti olduğunu bildirib. Mətbuat konfransında danışan Lindner deyib: "İnflyasiya ən böyük iqtisadi riskdir. Biz inflyasiya ilə mübarizə aparmalıyıq ki, bunun iqtisadi böhranla nəticələnməsin".
ECB rəsmiləri, xüsusilə də Avropa Mərkəzi Bankının prezident Lagarde, oxşar narahatlıqlarını ifadə edib.
ECB-nin iyun iclasında yeni iqtisadi proqnozlar da açıqlanacaq. 2023 və 2024-cü illər üçün inflyasiya proqnozlarının 2 faizlik hədəfdən yuxarı qalacağı gözlənilir.
Avrozona üzrə inflyasiya məlumatları bugün açıqlanacaq.
İspaniyada inflyasiya 8,5 faizlə rekord yeniləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















