İlkin kütləvi təklifdə 80 milyard dollara qədər vəsait cəlb edə bilər
Abu Dabi Milli Neft Şirkəti (ADNOC) və Avstriyanın "Borealis" neft-kimya şirkəti arasında birgə müəssisə olan və Əmirlikdə yerləşən "Borouge" şirkəti ilkin kütləvi təklifdə (IPO) 80 milyard dollara qədər vəsait cəlb edə bilər.
Marja.az xəbər verir ki, bu barədə bazar ertəsi mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Borouge səhmlərinin yerləşdirilməsi üzrə təkliflərin qəbulu pərakəndə investorlar üçün 23-28 may, institusional investorlar üçün isə 23-30 may tarixlərində açıq idi. Agentliyin məlumatına görə, pərakəndə və institusional investorlar müvafiq olaraq 17 milyard və 63 milyard dollarlıq təkliflər təqdim ediblər.
Aprelin 29-da ADNOC BƏƏ-nin suveren fondu "Mubadala İnvestisiya Şirkəti"ndən "Borealis"in 25 faiz payını aldığını elan edib. Maliyyə təfərrüatları açıqlanmayan ADNOC və "Mubadala" arasındakı razılaşma BƏƏ-nin tənzimləyici orqanının təsdiqinə tabedir. Bağlandıqdan sonra "Borealis" səhmlərinin 25%-i ADNOC-a, 75%-i isə Avstriyanın OMV neft-qaz şirkətinin mülkiyyətində qalacaq. "Bloomberg"in məlumatına görə, "Borealis"də payın alınması ADNOC-a regionda ən böyük poliolefin istehsalçılarından biri olan "Borouge" üzərində nəzarəti gücləndirməyə imkan verəcək.
"Borouge" 1998-ci ildə yaradılıb. Şirkətin zavodları Abu Dabi, Sinqapur və Şanxayda yerləşir. "Borouge" Yaxın Şərq, Afrika və Asiyanın 50 ölkəsindəki müştərilərə məhsul təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















