Neft daha da bahalaşdı
Neft bazarlarında gözlər Avropa İttifaqı liderlərinin Rusiyaya qarşı altıncı sanksiya paketini müzakirə edəcəyi görüşə çevrildiyi bir vaxtda, Çində bəzi epidemiya tədbirlərinin yumşaldılması qiymətlərin yeni həftəyə artımla daxil olmasına səbəb olub.
Çinin maliyyə və texnologiya mərkəzi Şanxaydan gələn xəbərlər ilə neft yeni həftəyə bahalşama ilə başlayıb.
Marja.az xəbər verir ki, Brent neftin qiyməti 120 dolları, ABŞ xam neftinin qiyməti isə 116 dolları keçib. Bakı vaxtı ilə saat 07:11-də Brent nefti 120,50 dollardan ticarət olunub.
Çində koronavirusa yoluxma son 3 ayın ən aşağı səviyyəsinə düşüb. Şanxayda istehsalçılar iyunun 1-dən etibarən fəaliyyətə başlaya biləcəklər. Bu vəziyyət iqtisadi fəallığın bərpa olunacağı və neftə tələbatın artacağı gözləntilərinə səbəb olub.
Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Rusiya-Ukrayna müharibəsi, Ukraynaya dəstək, Rusiyaya qarşı sanksiyalar, enerji, ərzaq təhlükəsizliyi və müdafiə kimi mövzuları müzakirə etmək üçün Brüsseldə yenidən toplaşacaqlar.
Aİ indiyədək Rusiyaya qarşı 5 sanksiya paketi tətbiq edib.
Ayın əvvəlində Aİ Komissiyası Rusiyaya qarşı altıncı sanksiya paketinin layihəsini üzv ölkələrə göndərib.
Paketdə yüksək rütbəli zabitlər və Rusiya-Ukrayna müharibəsində iştirak edən bəzi şəxslər sanksiya siyahısına əlavə edilib, Rusiyanın ən böyük bankı Sberbank və daha 2 bankın beynəlxalq ödəniş sistemindən SWIFT-dən çıxarılması, Rusiyanın məsləhət xidmətlərinə çıxışının kəsməsi, 6 ay ərzində Rusiyadan xam neft tədarükünü dayandırması və s. nəzərdə tutulur.
Aİ Komissiyası bəzi üzv dövlətlərin etirazı ilə əlaqədar sanksiyalar paketinin məzmununda bəzi dəyişikliklər edib. Macarıstan, Slovakiya və Çexiyaya Rusiyadan neft idxal etmək üçün əlavə vaxt verilib. Bu güzəştlərə baxmayaraq, Macarıstanı hələ də razı salmaq mümkün olmayıb. Aİ liderləri yekdil razılıq tələb edən bu məsələdə konsensusa nail olmağa çalışacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 d. əvvəl
-
-
26 d. əvvəl
AFB Bank tibb işçiləri üçün nağd pul krediti üzrə xüsusi kampaniya təqdim edir
-
29 d. əvvəl
Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi
- 46 d. əvvəl
-
58 d. əvvəl
Oktyabrın 1-dən muzdlu işlə bağlı vahid bəyannamə şəxsi kabinetdən təqdim olunacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib
-
1 saat əvvəl
“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bank əmlakın qiymətləndirməsi üzrə tender elan edib

Unicapital rəhbərliyi AmCham-ın təşkil etdiyi forumda çıxış etdi

BMW ABŞ-da 196 minə yaxın avtomobili geri çağıracaq

Qanunsuz balıq ovu faktları aşkarlanıb - 9198 manat zərər
Ən çox oxunanlar

Milli Depozit Mərkəzi ilə Clearstream arasında əməkdaşlıq imkanları müzakirə edilib

“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib

Siniflər üzrə sığorta haqları və sığorta ödənişləri - SİYAHI

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Sığorta şirkətləri 8 ayda 1 milyard manatdan çox haqq yığıblar

Daha 2 şirkət Xankəndidə cari təmir işləri üzrə sifariş aldı - 1,6 MİLYON MANATLIQ MÜQAVİLƏLƏR

Türk Hava Yolları böyük sayda Boeing təyyarəsi sifariş verdi
