Çin və Hindistan Rusiyadan rekord miqdarda neft alırlar
Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar olaraq bir çox ölkə Rusiyadan neft idxalını azaldıb, Asiyanın ən böyük iki alıcısı olan Hindistan və Çin isə rekord həcmdə Rusiya nefti alıb."Bloomberg" agentliyi "Kpler" şirkətinin analitiklərinin hesablamalarına istinadən yazır ki, Asiya ölkələri Rusiyadan alınan neftin həcminə görə ilk dəfə Avropanı qabaqlayıb.
Marja.az xəbər verir ki, son bir həftə ərzində tankerlər 74 milyondan 79 milyon barrelədək Rusiya nefti daşıyıb ki, bu da fevralın 24-nə qədər olan dövrlə müqayisədə təxminən üç dəfə çoxdur. Rusiya nefti Avropaya əsasən boru kəmərləri vasitəsilə çatdırılır.
Analitik Jane Xie-nin fikrincə, aprel ayında Rusiya neftinin həcmi rekord səviyyəyə yüksəlib, bu, əsasən Hindistandan alışların artması hesabına baş verib. “Asiyadakı alıcıların bəziləri siyasətdən daha çox iqtisadiyyatla maraqlanır. Bununla belə, ABŞ Hindistanın Rusiya neftinin alınmasına diqqət yetirir, ona görə də bu ticarət axınında bəzi mənfi risklər ola bilər”, o qeyd edib.
Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Aİ ölkələri Rusiya neftinə tam embarqonun tətbiqini müzakirə etməyə başlayıblar, lakin indiyədək bu barədə razılığa gəlmək mümkün olmayıb.
XXX
"Kpler" bazar kəşfiyyat şirkətinin məlumatına görə, keçən həftə tankerlər ilə daşınmış xam neftin ümumi həcmi 74-49 milyon barel təşkil edib. Fevral ayında Ukraynanın işğalından əvvəl bu həcm 27 milyon barel civarında idi.
Asiya keçən ay ilk dəfə ən böyük alıcı kimi Avropanı geridə qoyub və iki region arasında bu fərqin may ayında daha da genişlənəcəyi gözlənilir.
ABŞ, Böyük Britaniya və bir çox Avropa şirkətləri Ukraynada müharibədən sonra neft alışlarını dayandırsalar da, bu vəziyyət Moskva hökumətini Asiya alıcılarına yönəldib.
ABŞ Hindistanın Rusiyadan neft alışını artırmasına mənfi münasibət bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















