Cənub bölgəsində çay yığımına başlanılıb
Cənub bölgəsində hər il aprel ayının sonlarından çay yığımına başlayan fermerlər bu ilki yığıma mayın sonunda başlayıblar. Buna səbəb aprel ayında havaların yağışlı keçməsi olub. Çay plantasiyalarında məhsul boldur.
Əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqların mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir. “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3 min hektara, yaşıl çay yarpağı yığımının isə 8,5 min tona çatdırılması nəzərdə tutulur. Proqramın qəbulundan ötən 4 il müddətində bu sahədə inkişaf qeydə alınıb. Amma bu il yazda havaların yağıntılı keçməsi çay yığımını bir qədər geçikdirib.
Lənkəran rayonunun Havzova kənd sakini, fermer Bəhrəm Kərimov uzun illərdir çayçılıqla məşğuldur. Hər il 7-8 ton çay yığan fermer bu il 10 ton çay yığmağı qarşıya məqsəd qoyub: “55 ilə yaxındır çayçılıqla məşğulam. Çay bitkisi əkiləndən 6 il sonra yığılır. 60 sot ərazidir. Bundan sonra 3 dəfə yığım aparacağam. Yığıma iki gündür başlamışıq”.
Çay kollarının tam məhsul verməsi üçün 8-9 ilə qədər vaxt lazımdır. Bununla yanaşı, oktyabr-noyabr aylarına qədər çay yığımı aparılır. Astaralı fermer Beytulla Mirzəyevin 30 hektar çay əkini sahəsi var: “Çay bitkisinə gərək qulluq edəsən. Qışda şum işləri görülür, ondan sonra gübrə səpilir. Gübrə tələb edən bitkidir. Gübrə verilməsə, inkişaf edə bilməz. Çay yığımı əsasən may ayında aparılır. İlk çay yığımı qurtarandan sonra yenidən 2-ci dəfə becərilmə aparılır. Əgər vaxtında qulluq olunsa, mövsümdə 4-5 dəfə çay yığmaq mümkündür”.
Astarada çay sahəsində çalışan Mətanət Əliyeva elə bu kəndin sakinidir. Deyir ki, onun kimi bir çox kənd sakini çay plantasiyasında işləyib evə pul aparır. Onlar üçün öz kəndlərində işləmək daha sərfəlidir. Çünki əlavə nəqliyyat xərci olmur.
Yaxşı məhsul əldə etmək üçün əlverişli hava şəraiti ilə yanaşı, fermerlər çay plantasiyalarına il boyu düzgün aqrotexniki qulluq göstərməlidirlər.
Aqrar elmlər üzrə fəlsəfə doktoru Sabir Ramazanlı ilə söhbət zamanı deyib: “Gördüyünüz bu sahələr sıxlaşdırılmış əkin üsulu ilə becərilib. Digər sahədə isə aqronomiya deyilən əkin üsuludur. Aqronomiya üsulu ilə əkiləndə hektara 22 min çay şitili düşürsə, digərində iki dəfə çox əkin materiallından istifadə olunur”.
Qeyd edək ki, ölkə üzrə çay sahələrinin 1500 hektara yaxını cənub bölgəsinin payına düşür.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)




.jpg)

