Yenidən ABŞ dollarının 18 Türk lirəsini keçəcəyi proqnozlaşdırılır
Türkiyə Mərkəzi Bankı ilin sonuna ölkədə inflyasiyanın 58% səviyyəsində olacağını proqnozlaşdırır.Bu ilin sonunda Türkiyədə inflyasiya əvvəllər proqnozlaşdırılan 46,4% əvəzinə, təxminən 58%-ə çata bilər.
Marja.az xəbər verir ki, Mərkəzi Bankın maliyyəçilər arasında sorğu keçirib və bunun əsasında Bazar İştirakçılarının Gözləntiləri Sorğusunu dərc edib.
Sorğuya görə, Türkiyədə ilin sonuna inflyasiya 57,92%, iqtisadi artım ilkin nəzərdə tutulan 3,2% əvəzinə 3,3%, ABŞ dolları/Türki lirəsi məzənnəsi 17,57 lirə və bir il sonra 18,47 lirə təşkil edəcək. Bazar ertəsi dollar 15,9 lirəyə bərabər olub.
Aprel ayı üzrə inflyasiya statistikasının açıqlanması fonunda türk lirəsi may ayında kəskin ucuzlaşmağa başlayıb. Rəsmi məlumata görə, Türkiyədə inflyasiya 70%-ə, qeyri-rəsmi məlumatlara görə 160%-ə yaxınlaşıb.
Bazar iştirakçılarının proqnozlarına görə, 2022-ci ilin sonuna qədər Türkiyənin büdcə kəsiri əvvəlki gözləntilər 27,5 milyard dollar olduğu halda, 34,4 milyard dollar təşkil edə bilər. Maliyyəçilər gələn il Türkiyə üçün 22 milyard dollarlıq büdcə kəsiri proqnozlaşdırırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























