Avtomobillərin texniki baxışdan keçirilməsiylə əlaqədar 44,8 milyon manat toplanıb
2021-ci ildə dövlət büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri üzrə daxilolmalar 421,9 milyon manat və ya proqnoza nisbətən 131,9 milyon manat (45,5 faiz) çox olub.
Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.
Hesabatda qeyd edilib ki, ümumi daxilolmalarda yol vergisi 119,1 milyon manat, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən ödənilmiş sadələşdirilmiş vergi 5,4 milyon manat, idxal olunan minik avtomobillərinə və avtonəqliyyat vasitələrinə tətbiq edilən aksiz və gömrük rüsumu 252,5 milyon manat, Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi və nəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi ilə bağlı ödənilən dövlət rüsumu 44,8 milyon manat təşkil edib.
Əlavə daxil olan vəsait əsasən 2021-ci ildə ölkəyə idxal olunan minik avtomobillərinin sayının 2020-ci illə müqayisədə 34117 ədəd və ya 67,3 faiz artması nəticəsində həmin avtomobillərə tətbiq olunan idxal üzrə gömrük rüsumlarının məbləğindəki artımın hesabına olub.
2021-ci ildə dövlət büdcəsinin “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun xərcləri üzrə icra tam məbləğdə, yəni 290,0 milyon manat təşkil edub. Bu vəsait də əsasən ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarına yönəldilib.
2022-ci il 1 yanvar tarixinə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı 181,4 milyon manat təşkil edib və ya 2021-ci ilin əvvəli ilə müqayisədə 131,9 milyon manat artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 5 saat əvvəl
-
-
7 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 7 saat əvvəl
-
7 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
7 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
7 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq












.jpg)










.jpg)

