Qlobal buğda ehtiyatları həyəcan təbili çalır: "10 həftəlik buğda qalıb"
"Gro Intelligence" kənd təsərrüfatı təhlil firmasının məlumatına görə, ehtiyatlarda 10 həftə ərzində dünya istehlakını təmin edəcək qədər buğda qalıb. Bu rəqəmin 2008-ci il maliyyə böhranından bəri görülən ən aşağı səviyyədir.
Marja.az xəbər verir ki, bu səviyyə gözləniləndən daha pis hesab olunur. Dövlətlər qlobal buğda ehtiyatlarının illik istehlakın 33 faizini təşkil etdiyini iddia edərkən, "Gro Intelligence"in baş direktoru Sara Menker cümə axşamı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi ilə bağlı iclasda çıxış edərək, bu nisbətin əslində 20 faizə yaxın olduğunu söyləyib.
Uzun müddətdir yaxınlaşan ərzaq böhranı ilə bağlı xəbərdarlıq edən Menker artan aclıq təhlükəsi qarşısında təcili tədbirlər görülməsi lazım olduğuna diqqət çəkib. Artan məhsul qiymətləri milyonlarla insanı risk altında qoyub, quraqlıq və artan gübrə qiymətləri isə qarşıdakı dövrdə taxıl tədarükünü təhlükə altına salmağa başlayıb.
Pandemiya tədarük zəncirlərini pisləşdirməmişdən əvvəl ərzaq böhranını proqnozlaşdıran keçmiş enerji əmtəə treyderi Menker, "Bu dövri deyil. Bu seysmik böhrandır. Bu, nəsildə bir dəfə baş verən hadisədir və geosiyasi dövrə dramatik təsir göstərə bilər" deyib.
"Gro Intelligence" məhsul bazarlarını və iqlim böhranını dəqiq proqnozlaşdırmaq üçün süni intellektə əsaslanan proqramdan istifadə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
8 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 8 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























