G7 ölkələri Rusiya neftilə bağlı ümumi qərara gəlməyiblər
Yeddilik (G7) ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri cümə axşamı günü Rusiya neftinin idxalına məhdudiyyətlərin tətbiqi ilə bağlı konsensusa gələ bilmədilər.
Marja.az xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın maliyyə naziri Canet Yellen Bonn yaxınlığındakı Köniqsvinter şəhərindəki Petersberq mehmanxanasında keçirilən ikigünlük görüşün birinci gününün yekunlarına əsasən bildirib.
Onun sözlərinə görə, Amerika tərəfi Rusiyadan enerji nəqlinin həcmini saxlamaqla, Moskvanın gəlirlərini məhdudlaşdırmaq üçün Rusiya neftinin idxalına rüsumların tətbiqi təklifi irəli sürüb. Eyni zamanda, Avropa ölkələrinin nümayəndələri ilin sonuna qədər mərhələli embarqonun tətbiqinə çalışıblar. Yellenin sözlərinə görə, Rusiya neftinin alıcıları müəyyən həddi aşan qiymətlərlə "qara qızılı" almayacaqları barədə razılığa gələ bilərlər. O, inanır ki, mümkün qədər çox ölkə ona qoşularsa, belə bir təşəbbüs uğurlu olar.
Avropa Komissiyasının (AK) Rusiyaya qarşı təklif etdiyi altıncı sanksiyalar paketinə neft embarqosu layihəsi də daxildir. Layihəyə görə, 6 ay sonra Rusiya Federasiyasından xam neftin idxalına qadağanın tətbiq edilməsi təklif olunur. Neft məhsullarının idxalının isə 2023-cü ildən dayandırılması nəzərdə tutulur. Eyni zamanda, Avropa Komissiyası Macarıstan və Slovakiyaya 2024-cü ilin sonuna qədər Rusiya neftini almağa icazə verməyi təklif edib.
Macarıstan neft embarqosuna qarşı çıxır və bu tədbirin vuracağı ziyanın Avropa üçün fəlakətli olacağına inanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 18 saat əvvəl
-
20 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 21 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















