“6/40” tirajlı lotereyasında 101.119 manat dəyərində “Cekpot” uduldu
“Azərlotereya” ASC tərəfindən təşkil edilən “6/40” tirajlı lotereyasında 101.119 manat dəyərində “Cekpot” qazanılıb.
(®) “Azərlotereya” ASC tərəfindən təşkil edilən “6/40” lotereyasının 22195 saylı tirajında 101.119 manat dəyərində “Cekpot”un sahibi bəlli olub. Böyük mükafatın şanslı qalibi olan Bakı sakini metronun “Elmlər Akademiyası” stansiyası girişində yeni açılmış lotereya satış nöqtəsində aldığı biletdə 27, 11, 39, 30, 9 və 22 rəqəmlərini seçərək “Cekpot” qazanıb.
Növbəti tirajlarda “Cekpot”un daha böyük məbləğ olması üçün “Azərlotereya” ASC öz büdcəsi hesabına “Cekpot”-a 20.000 manat məbləğində pul mükafatı ayırıb.
Lotereya satış nöqtələrində lotereya biletləri əldə edərək şansınızı sınayın. Lotereya biletlərini “Misli” məntəqələri, “Elmlər Akademiyası”, “Xalqlar Dostluğu”, “Neftçilər”, “Xətai” metro stansiyalarının girişində əldə etmək mümkündür. Bir biletin minimum qiyməti bir manat təşkil edir.
“6/40” tirajlı lotereyasının oyun qaydalarına görə lototrona 1-dən 40-dək işarələnmiş şarlar yerləşdirilir. Şarlar qarışdırılır və təsadüf prinsipinə əsasən altı ədəd şar çıxarılır. Çıxarılmış altı şarın nömrələri lotereya biletindəki variantın nömrələrinin altısı, beşi, dördü və üçü ilə uyğun gələrsə bilet uduşlu sayılır. Altı rəqəmi uyğun gələn variantın bileti “Cekpot”-a sahib olur.
18 yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.
“6/40” tirajlı lotereyası həftənin yeddi günü, saat 20.30-da “Azərlotereya TV” rəsmi Youtube kanalı vasitəsilə canlı olaraqyayımlanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 22 saat əvvəl
-
22 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
