Nazirlik bütün elektron xidmətləri üzrə vahid portal istifadəyə verdi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bütün elektron xidmətləri vahid portaldaRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) strukturuna daxil olan və tabeliyindəki qurumların bütün elektron xidmətlərini vahid sistem üzərindən əldə etmək məqsədilə yeni portal istifadəyə verilib.
Bununla bağlı RİNN-in tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən Vahid Elektron Xidmətlər Portalı – portal.rinn.az yaradılıb.
Nazirlik müxtəlif internet resursları üzərindən vətəndaşlara 57 adda rəqəmsal xidmət göstərir. İndi isə bütün xidmətlər vahid portalda toplanılır. İlkin mərhələdə 6 xidmət portala inteqrasiya edilib, digər 51 xidmətin isə yaxın vaxtlarda portala daxil edilməsi nəzərdə tutulur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə vətəndaşlar arasında portal üzərindən birbaşa ünsiyyətin yaranması nəticəsində xidmət keyfiyyətinin artırılması, tələbata uyğun yeni xidmətlərin yaradılması mümkün olacaq.
“AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov bildirib ki, portal Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların vahid pəncərə prinsipinə əsaslanaraq rəqəmsal xidmətlər təqdim etməsi məqsədilə yaradılıb: “Portal bu rəqəmsal xidmətləri vətəndaşlar üçün daha asan və əlçatan edəcək, daha operativ xidmət göstərilməsinə imkan verəcək. Portalın yaradılmasında məqsəd vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, resurslardan effektiv istifadə yolu ilə keyfiyyətli, təhlükəsiz və səmərəli rəqəmsal xidmətlər təqdim etməkdir”.
Hazırda Vahid Elektron Xidmətlər Portalı üzərindən “AzInTelecom” MMC-yə aid “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların qeydiyyat tarifi”, “IMEI yoxlama”, “Lokal çıxış (şəhər, rayon, daxili) danışıqlarının statistikası, “Vətəndaşların adına olan mobil nömrələr haqqında məlumat”, həmçinin “Azərpoçt” MMC-yə aid “Poçt göndərişlərinin izlənilməsi” xidmətlərindən istifadə etmək mümkündür.
Portalda təqdim edilən qeydiyyatlı rəqəmsal xidmətlər üçün vətəndaşlar “ASAN Login” vasitəsilə qeydiyyatdan keçərək yararlana bilərlər. Qeydiyyatsız xidmətlər üçün isə, adından da göründüyü kimi, heç bir qeydiyyat tələb olunmur.
Portalın yaradılması rəqəmsal xidmətlərdən istifadənin genişlənməsinə, eləcə də elektron hökumətin inkişafına müsbət təsir edəcək və səmərəliliyin, həmçinin şəffaflığın daha da artırılmasına təkan verəcək.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
8 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"


















