“Falcon Finance” zərərdən mənfəətə keçib
“Falcon Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 119 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2020-ci ildən 17 min manat zərərlə çıxmışdı.
BOKT-un maliyyə hesabatınagörə, ötən il “Falcon Finance”ın vergiyəqədərki mənfəəti 149 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 30 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.
Bu il yanvarın 1-nə “Falcon Finance”ın aktivləri 1 milyon 558 min manat olub ki, bu da illik müqayisədə 2,95 dəfə çoxdur. Bunun 1 milyon 420 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 3,2 dəfə böyüyüb.
Hesabat dövründə “Falcon Finance”ın öhdəlikləri 7,2 dəfə artaraq 1 milyon 57 min manata, balans kapitalı isə 31,2 % artaraq 501 min manata çatıb.
Xatırladaq ki, “Falcon Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 29 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
Ən çox oxunanlar
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
















.jpg)






