Çindən Azərbaycana daha sərfəli çatdırılma
Elpost yalnız Çindən bağlamaların gətirilməsi üzrə ixtisaslaşıb və yalnız bu ölkəyə fokuslanıb.(®) "Elpost" MMC 2020-ci ildən xüsusi lisenziya ilə Çindən Azərbaycana sürətli poçt xidməti təqdim edən şirkətdir.
Elpost şirkətini Azərbaycanda fəaliyyət göstərən bütün digər sürətli poçt çatdırılma xidmətlərindən fərqləndirən xüsusi bir məqam mövcuddur - Elpost yalnız Çindən bağlama çatdıran, həm Materik Çində, həm də Honkonq xüsusi statuslu bölgəsində anbarı olan ilk və yeganə şirkətdir. Digər çatdırılma şirkətləri müxtəlif ölkələrlə işlədiyi halda, Elpost yalnız Çindən bağlamaların gətirilməsi üzrə ixtisaslaşıb və yalnız bu ölkəyə fokuslanıb.
Şirkət tərəfindən hər ay orta hesabla 10 dəfə Materik Çindən və Honkonqdan Bakıya bağlamalar çatdırılır.
Materik Çin və Honkonqda olan onlayn satış platformalarının və satılan məhsulların çoxluğunu nəzərə alaraq Elpost şirkəti müştərilərinə istədikləri məhsulu almaqda köməklik göstərir. Şirkət Çin bazarında ixitisaslaşdığı və incə detalları bildiyi üçün müştərilər almaq istədiyi məhsulun linkini təqdim edəndən sonra şirkət əməkdaşları Çin bazarında, müxtəlif platformalarda eyni məhsulu daha münasib qiymətə tapmağa köməklik göstərir.
Elpost, Çindən çatdırılma xidmətinə əlavə olaraq daşınma üzrə konsultasiya xidmətini təqdim edir. Çin bazarı çox şaxəli və çox spesifik olduğundan müştərilər almaq istədikləri məhsulun linkini şirkətə göndərir və şirkət əməkdaşları öz növbəsində aviadaşıma şirkəti və Azərbaycan Respublikası Gömrük Komitəsi ilə əlaqə saxlayır. Bu mərhələdə məhsulun Çindən ixracının mümkün olub olmadığını, ölkəmizə idxalı zamanı rəsmiləşdirmə qaydaları barədə məlumat toplanılır və müştəriyə bu barədə məlumat təqdim edilir.
Müştərilərin rahatlığını təmin etmək üçün ofisin ünvan seçiminə də xüsusi fikir verilib. Ofis Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski 79 (Gənclik m/s ilə üzbəüz) ünvanında yerləşir. Ofisin qarşısında böyük avtomobil saxlama ərazisi var ki, avtomobilimizi rahat saxlayıb, bağlamanızı götürə bilərsiniz.
Ünvan: Bakı, Nərimanov r-nu, Fətəli Xan Xoyski küçəsi 79
(+994) 503640777
(+994) 503640777
(+994 ) 125640777
ELP 0503640777
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
8 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"



















