Şuşada butik otel tikilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşaya səfər çərçivəsində “Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidə olublar.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma burada aparılan təmir-bərpa işləri haqqında məlumat verib.
Qeyd edilib ki, Şuşanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq buna uyğun infrastruktur yaradılır. Butik otel şəhərin Köçərli küçəsindəki binada yerləşəcək. Müasir səviyyəyə çatdırılacaq oteldə Şuşa şəhərinə səfər edəcək ziyarətçilərin rahatlığı üçün şərait yaradılacaq. Burada 13 otaq və kiçik restoran qonaqların ixtiyarına veriləcək.
Onu da bildirək ki, ötən ilin mayında Şuşada “Xarıbülbül” otelinin, həmin otelin nəzdindəki 48 mənzilli korpus və kotteclərin, avqustda isə “Qarabağ” otelinin yenidənqurmadan sonra açılışı olub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
-
10 d. əvvəl
“Azərmaş Group” MMC-nin satış gəlirləri 28% artıb, mənfəəti azalıb
- 22 d. əvvəl
- 40 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp: İran normal ölkə deyil, bu dövləti dəlilər idarə edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
“Azərmaş Group” MMC-nin satış gəlirləri 28% artıb, mənfəəti azalıb
“Bakı Şərab-2”nin rəhbərliyi yenidən seçiləcək
Demet Akalın Bakıda- "Abşeron Mall"da
“Alp Delux” şadlıq evi: "AQTA-nın heç bir işçisi bura gəlməyib, amma haqqımızda qara yalanı yayırlar"
Ən çox oxunanlar
Tramp: İran normal ölkə deyil, bu dövləti dəlilər idarə edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 5 GÜN
ABŞ İranı yenidən vurdu
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib
"Jetour" avtomobillərinin Azərbaycanda istehsalına başlanılıb






.jpg)







.jpg)





