Şuşaya səfərləri kim bahalaşdırır?
Bu ilin əvvəlindən Bakıdan Şuşaya həyata keçirilən səfərlər ölkənin turizm şirkətləri üçün gəlir mənbəyinə çevrilib.
Hazırda yerli turoperatorlar vətəndaşlara bir günlük Şuşa turları təklif edir ki, bunun da qiyməti 55-60 manat civarındadır.
Halbuki, Bakıdan Şuşaya avtobusla gedib-gəlmək üçün dövlət müəyyən etdiyi qiymət 21 manatdır. Füzuli rayonunun Əhmədbəyli qəsəbəsindən isə mədəniyyət paytaxtımıza səfərin qiyməti 14 manatdır. Bununla belə, sosial şəbəkələrdə tez-tez Şuşaya getmək istəyənlərin bilet tapa bilməməsi barədə giley-güzarı hiss olunur. Bəs turizm şirkətləri bu biletləri necə əldə edib insanlara təklif edirlər? Özü də iki-üç qat qiymətə. Bəs Şuşaya səfərləri kimlər bahalaşdırır? Bu suallara cavab tapmaq üçün "Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanovla həmsöhbət olduq.
Onun sözlərinə görə, turizm şirkətlərinin vətəndaşlara təklif etdiyi qiymətə təkcə avtobus bileti daxil deyil: "Yüksək qiyməti əlavə xidmətə görədir. Həmin qiymətə bələdçilik, fotosessiya, çay süfrəsi də daxildir. Buna görə də turun qiyməti bir az baha ola bilər. Kassadan aldığımız avtobus bileti ilə turizm şirkətinin qoyduğu qiymət arasında fərq buna görədir”.
Həmçinin oxu
Şuşaya səfərləri turizm şirkətləri bazara çeviriblərBununla belə, Ə.Qurbanov bəzi işbazların biletləri hansısa yollarla ucuz alıb baha sata bildiyini də istisna etmir:
"Ola bilər ki, bəzi şəxslər "qara bazar" yaradaraq biletlərin qiymətlərini süni şəkildə artırmaq istəyir. Bu, arzuolunmaz bir haldır. Belə halları pisləyirik və onlarla mübarizə aparırıq. Çalışırıq ki, turizm şirkətlərində belə hallar yaşanmasın. İnsanlara da məsləhət görürük ki, tur paket almaq istəyirlərsə, etibarlı şirkətlərə müraciət etsinlər. Normal işləyən turizm şirkətlərinin fəaliyyətinə bu mövzuda müdaxiləyə ehtiyac yoxdur. Çünki onlar müştəriyə həqiqətən də yaxşı xidmət göstərir. Dələduzluq halları ilə isə həmişə mübarizə aparırıq. İnsanları bu baxımdan maarifləndiririk. Turizm şirkətlərini də maarifləndiririk ki, bu cür hallara yol verməsinlər. Amma nə qədər müdaxilə olunsa da, müəyyən insanlar bu xoşagəlməz işləri edirlər. Bu hallarla qaşılaşan insanlar bizə müraciət edə bilər və biz onlara dəstək ola bilərik. Eyni zamanda hüquq mühafizə orqanları bu işlər məşğul olurlar”.
“Bu tendensiya iki aydır ki, davam edirdi. Son vaxtlar belə hallar müəyyən dərəcədə azalıb. Turizm şirkətləri artıq belə turlara o qədər də maraq göstərmir. Çünki həmin qiymətlər insanların büdcəsi üçün bir qədər uyğun deyil", - deyə Ə.Qurbanov fikrini tamamlayıb.
Xatırladaq ki, bu il yanvarın 24-dən Şuşa və Ağdama avtobus reysləri istifadəyə verilib. Bilet satışını həyata keçirmək məqsədilə "yolumuzqarabaga.az" saytı yaradılıb.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
12 d. əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
-
32 d. əvvəl
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
- 40 d. əvvəl
-
- 51 d. əvvəl
- 55 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
2 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
2 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
Son Xəbərlər
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
Ən çox oxunanlar
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
























