İqtisadiyyat Nazirliyindən "Lotereyalar" xəbərdarlığı
Lotereyaların təşkilində qanuna əməl edilməlidir!“Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən, lotereya və idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, “Lotereyalar haqqında” Qanunun tələblərinə görə, Azərbaycanda lotereyalar (stimullaşdırıcı lotereyalar istisna olmaqla) yalnız “Azərlotereya” ASC tərəfindən təşkil edilir.
Qeyd edilib ki, stimullaşdırıcı lotereya malın (işin, xidmətin) satışını stimullaşdırmaq məqsədilə keçirilən lotereya formasıdır və iştirak etmək üçün lotereya obyektinin qiymətindən əlavə haqqın alınmasına yol verilmir. Stimullaşdırıcı lotereyanı keçirmək hüququ əldə etmək üçün müvafiq sənədlər lotereyanın keçirilməsinə azı 20 iş günü qalmış İqtisadiyyat Nazirliyinə təqdim olunmalıdır.
İdman mərc oyunları isə “Bədən tərbiyəsi və idman haqqında” Qanuna uyğun olaraq, “Azərlotereya” ASC və “Caspiantech” QSC (“TOPAZ” ticarət nişanı ilə) tərəfindən həyata keçirilir.
Qanunvericiliyə görə, keçirilməsi qadağan olunmuş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların, eləcə də dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan olunmuş idman mərc oyunlarının reklamına yol verilmir.
Lotereya və idman mərc oyunlarının reklamına dair tələblər “Reklam haqqında” Qanunla tənzimlənir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) “qumar oyunu” hesab edilir. Azərbaycan ərazisindən qumar oyunlarında iştirak üçün imkanın yaradılması, qumar oyunlarının təşkili və keçirilməsi ilə bağlı pul vəsaitlərinin, əşyaların və qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürmələrin aparılması, uduşların verilməsi, biletlərin satışı, iştirakla bağlı müvafiq əməliyyatları aparan şəxslərə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulur.
Bildiririk ki, yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərini pozan şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
11 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"


















