Neft embarqosu planları qiymətlərin yüksəlməsinə səbəb olur
Avropa Birliyinin Rusiyaya qarşı neft embarqosu planları neft qiymətlərinin yüksəlməsinə səbəb olur.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 10:30-da Brent nefti 1,1% bahalaşma ilə 111,35 dollardan ticarət olunub.
Neft bazarında qiymətlərin son formalaşmasına Avropa Birliyinin Rusiyaya qarşı neft embarqosu planları və dünyanın ən böyük neft idxalçısı olan Çində zəif iqtisadi göstəricilər səbəb olur.
AB Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı tətbiq edilməsi planlaşdırılan yeni sanksiyalar paketinin məzmunu ilə bağlı açıqlama verib: "Rus neftindən asılılığımızı həll edirik. Düzdür, bu, asan olmayacaq. Bəzi üzv dövlətlər Rusiya neftindən daha çox asılıdırlar. İndi biz Rusiya neftinə qadağa qoyulmasını təklif edirik. Bu, bütün dəniz və boru kəmərləri ilə daşınan xam neftin və Rusiya neft məhsullarının idxalına tam qadağa olacaq”.
Epidemiya əleyhinə tədbirlər Çində iqtisadi fəaliyyətə mənfi təsir etməkdə davam edir. Ölkədə Caixin xidmət sektoru PMI aprel ayında 36,2-ə qədər azalıb. Beləliklə, indeks 2020-ci ilin fevralından bəri ən aşağı səviyyəni qeyd edib. Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri indeksin 40-a çatacağı idi.
Caixin öz qiymətləndirməsində, "Həm iqtisadi fəaliyyət, həm də yeni sifarişlər, PMI sorğularının başladığı 2005-ci ilin Noyabr ayından bəri görülən ikinci ən dəqiq azalmanı göstərib".
Neft bazarları cümə axşamı OPEC+ toplantısını yaxından izləyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















