İntel: Yarımkeçiricilərin çatışmazlığı ən azı 2024-cü ilə qədər qalacaq
Dünyada yarımkeçirici qıtlığı ən azı 2024-cü ilə qədər davam edəcək.
Marja.az xəbər verir ki, bunu cümə axşamı İntel şirkətinin baş direktoru Pat Gelsinger şirkətin rüblük maliyyə hesabatlarının dərcindən sonra səhmdarlara müraciətində deyib.
"CPU çatışmazlığı keçən il ABŞ iqtisadiyyatına 240 milyard dollara başa gəldi və biz problemlərin ən azı 2024-cü ilə qədər davam edəcəyini gözləyirik", -Gelsinger deyib.
Aparıcı mikroprosessor təchizatçısının baş direktoru qeyd edib ki, Şanxaydakı karantin və Ukraynadakı böhran “yarımkeçiricilərin daha dayanıqlı və coğrafi cəhətdən balanslaşdırılmış istehsalına ehtiyac olduğunu” nümayiş etdirir.
Yanvarda ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauel yarımkeçirici çatışmazlığının 2023-cü ilə qədər davam edəcəyini, o cümlədən ABŞ administrasiyasının tədarük zəncirlərinin bərpası problemini hələ də həll edə bilmədiyini bildirib. ABŞ Ticarət Departamenti daha əvvəl bildirmişdi ki, qlobal bazarda tələb və təklif arasında əhəmiyyətli uyğunsuzluq səbəbindən yarımkeçirici qıtlığı yaxın gələcəkdə də davam edəcək.
1968-ci ildə qurulan Intel mikroprosessorlar da daxil olmaqla elektron cihazlar və kompüter komponentləri istehsal edir. Ötən ildən dünya yarımkeçirici çatışmazlığı ilə üzləşir ki, bu da bir çox ölkələrdə mobil rabitənin beşinci nəsil sistemlərə keçməsi ilə əlaqədar bu məhsullara tələbatın kəskin artması ilə bağlıdır. Pandemiya və onlayn işin genişlənməsi şəraitində fərdi kompüterlərin və oyun konsollarının istehsalı da artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 59 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















