Azercell eksklüziv nömrələri satışa çıxardı
Azercell-dən 010 seriyalı gözəl nömrələr! Lider mobil operator müştərilərə eksklüziv seriyalara sahib olmaq şansını yaradır(®) Ötən ilin noyabr ayında “Yeni 010 nömrələri – Qaliblərin seçimi!” şüarı altında hər kəsin çoxdan gözlədiyi yeni prefiksi istifadəyə vermiş “Azercell Telekom” abunəçilərin zövqlərini oxşayan yeni nömrələri satışa çıxarıb.
Beləliklə, 27 aprel 2022-ci il tarixindən etibarən hər kəs “010” prefiksli 3, 4 və 5 rəqəmləri ilə başlayan gözəl nömrələri seçərək əldə edə bilər. Müştərilər hazırda satışda olan nömrələr barədə daha ətraflı şəkildə www.azercellim.com veb-səhifəsi vasitəsilə tanış ola bilərlər. Bu səhifə istifadəçilərə istədikləri nömrəni qısa müddət ərzində axtarıb tapmağa, onlayn ödəniş etməklə rahat şəkildə rəsmiləşdirməyə imkan yaradır.
Xatırladaq ki, Azercell şirkəti “010” prefiksli yeni nömrələri Vətən müharibəsində əldə etdiyimiz qələbənin ilk ildönümünün şərəfinə mobil rabitə bazarına təqdim edib. Qeyd edək ki, www.azercellim.com saytı iri miqyasda nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən ilk belə platformadır.
Öz müştəriləri üçün daha rahat bağlantını təmin etməyi və rəqəmsal xidmətlərin daha əlçatan olmasını hədəfləyən Azercell şirkəti yeni “010” nömrələrinə sahib olacaq abunəçilərinə yalnız xoş xəbərlər almağı arzu edir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 20 d. əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
13 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ötən il 3 bankın kredit portfeli azalıb - RENKİNQ
1 gün ərzində 500-ə yaxın sığorta hadisəsi qeydə alınıb
Trampdan Davosda mühüm açıqlamalar
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
Ən çox oxunanlar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"



















