Avstriyanın neft-qaz şirkəti Qazpromun müraciətini təhlil edib
Avstriyanın neft-qaz şirkəti OMV Qazpromun Rusiya qazı üçün mümkün ödəniş üsulları ilə bağlı müraciətini təhlil edib və Avropa İttifaqı sanksiyalarına uyğun həll yolu üzərində işləyir.
Marja xəbər verir ki. bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
“Biz “Qazprom”un ödəniş üsulları ilə bağlı müraciətini Avropa Birliyi sanksiyaları fonunda təhlil etdik və hazırda sanksiyalara uyğun həll yolu üzərində işləyirik”, - OMV bildirib.
Çərşənbə günü Avstriya kansleri Karl Nehammer bildirib ki, OMV neft-qaz şirkəti tərəfindən təmsil olunan Avstriya Rusiya qazının tədarükü üçün ödənişlərin rubla çevrilməsi ilə Rusiyanın ödəniş şərtlərini qəbul edib.
Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2021-ci ildə Rusiya qazının Avstriyaya tədarükü 35% azalaraq 7,75 milyard kubmetr təşkil edib.
Qazprom daha əvvəl bəyan etmişdi ki, Bolqarıstanın “Bulgargaz” şirkəti və Polşanın PGNiG şirkətləri rublla ödənişi vaxtında həyata keçirmədiyinə görə qaz tədarükünü tamamilə dayandırıb.
Martın 23-də Rusiya prezidenti Vladimir Putin Rusiya qazının dost olmayan ölkələrə ixracına görə ödənişin rublla köçürülməsinə göstəriş verib. O bildirib ki, Rusiya bu cür müqavilələr üzrə ödənişləri dollar və avroda qəbul etməkdən imtina edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















