Almaniyanın ən böyük maliyyə qurumu son 9 ilin ən böyük xalis mənfəətini açıqlayıb
Bankın xalis mənfəəti 1,2 milyard avro təşkil edib.Almaniyanın ən böyük maliyyə qurumu Deutsche Bank, 2022-ci ilin birinci rübündə son doqquz ildə 1,2 milyard avro ilə ən böyük xalis mənfəətini açıqlayıb.
Marja xəbər verir ki, birinci rübdə vergidən əvvəlki mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 4% artaraq 1,7 milyard avro təşkil edib. Xalis mənfəət 2021-ci ilin eyni dövrü ilə müqayisədə 18% artaraq 1,2 milyard avroya çatıb.
"Bu rübdə biz gücümüzü və dayanıqlılığımızı nümayiş etdirdik. Bizim prioritetimiz müştərilərə geosiyasi hadisələrə çevik reaksiya vermək və özlərini risklərdən qorumaq idi", - Deutsche Bank-ın rəhbəri Kristian Sevinq bildirib.
"Bütün bizneslərimiz hədəflərimizə uyğun və ya onlardan irəli gələn nəticələr göstərdi və biz doqquz ildə ən yüksək rüblük mənfəət əldə etdik" - deyən o, çətin bir şəraitdə maliyyə qurumununartım əldə etdiyini vurğulayıb.
Bununla belə, Deutsche Bank-ın Rusiyadakı ümumi kredit portfeli 5% azalaraq 1,3 milyard avroya düşüb.
Martın 12-də Deutsche Bank, Ukraynadakı hadisələr kontekstində, Rusiyada qalan biznesin məhdudlaşdırıldığını elan edib. Eyni zamanda bildirilib ki, maliyyə qurumu Rusiya Federasiyasının vətəndaşı olmayan xarici müştərilərinə ölkədə bizneslərini azaltmaqda kömək edir. Deutsche Bank vurğulayır ki, "Rusiyada yeni biznes olmayacaq".
Deutsche Bank ən böyük transmilli banklardan biridir. Dünyanın 70-dən çox ölkəsində ofisləri var. Almaniyada Deutsche Bank-ın 500-ə yaxın filialı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















