Avropada qazın qiyməti ticarətin açılışında 21% artıb
Qiymət 1000 kubmetr üçün 1350 dollardan yuxarı qalxıb.Avropada təbii qazın qiyməti çərşənbə günü birjada hərracların açılışında 21% artaraq 1000 kubmetr üçün 1350 dollardan yuxarı qalxıb.
Marja xəbər verir ki, London ICE birjasının məlumatına görə, təbii qaz Rusiya qazının Polşa və Bolqarıstana tədarükünün dayandırılması ilə bağlı xəbərlər fonunda bahalaşıb.
May fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1374 dollara yüksəlib (MVt/saat üçün 125 avro). Bundan sonra qazın qiyməti 1250 dollardan aşağı düşüb.
Bundan əvvəl Rusiyanın “Qazprom” şirkəti Bolqarıstanın “Bulgargaz” şirkəti və Polşanın “PGNiG” şirkətlərinə rublla ödənişin vaxtında aparılmaması səbəbindən qazın nəqlini tamamilə dayandırdığını bəyan edib.
Aprelin 26-da "Qazprom" Polşa və Bolqarıstanın idxalçı şirkətlərinə rus rublu ilə yekun hesablaşmalardan imtina etdiklərinə görə aprelin 27-dən qaz nəqlinin dayandırılması barədə bildiriş göndərib.
Martın 23-də Rusiya prezidenti Vladimir Putin Rusiya qazının dost olmayan ölkələrə ixrac üzrə ödənişlərin rubla köçürülməsi barədə göstəriş verib. O, bəyan edib ki, Rusiya Federasiyası dollar və avroda ödənişləri qəbul etməkdən imtina edəcək.
Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2021-ci ildə Rusiya qazının Polşaya tədarükü 9,4% artaraq 10,58 milyard kubmetr təşkil edib. Ötən il Bolqarıstana tədarüklər iki dəfə artıb - 3,15 milyard kubmetrə qədər.
Polşa hər il təxminən 20 milyard kubmetr qaz istifadə edir. Varşava Rusiya qazından xilas olmağın yolunu ABŞ və Qətərdən mayeləşdirilmiş təbii qaz almaqla, həmçinin Norveç şelfindən qaz tədarük etməklə tapdığını bildirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 57 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















