PGNiG Qazprom-un qaz tədarükünü tamamilə dayandırdığını təsdiqləyib
Polşa şirkəti qaz nəqlinin dayandırılmasını müqavilənin pozulması hesab edirPolşanın enerji şirkəti PGNiG Rusiyanın Qazprom şirkəti tərəfindən qaz tədarükünün tamamilə dayandırıldığını təsdiqləyib.
Marja.az xəbər verir ki, şirkət çərşənbə günü müvafiq məlumatı rəsmi saytında dərc edib.
"PGNiG, Yamal müqaviləsi çərçivəsində Qazprom tərəfindən tədarük edilən təbii qazın tədarükünün tamamilə dayandırıldığını bildirir", məlumatda deyilir.
Qeyd edilib ki, bu vəziyyətin hazırda tələbata uyğun olaraq yanacaq alan PGNiG müştərilərinin cari təchizatına təsir göstərməyib.
PGNiG, qaz tədarükünün dayandırılması müqavilənin pozulması hesab edir. "PGNiG tədarükün dayandırılması ilə bağlı iddialar irəli sürmək hüququnu özündə saxlayır və bunun üçün şirkət bütün müqavilə səlahiyyətlərindən və hüquqlarından istifadə edəcəkdir", - mesajda deyilir.
Çərşənbə axşamı məlum olub ki, Polşa tərəfi bu qazın pulunu rublla ödəməyə razı olmadığından, "Qazprom" Polşaya qaz tədarükünü davam etdirməkdən imtina edib.
Polşa ildə təxminən 20 milyard kubmetr qaz istehlak edir. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2021-ci ildə Rusiya qazının Polşaya tədarükü 9,4% artaraq 10,58 milyard kubmetr təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 59 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















