Azərbaycanda sığorta ödənişlərinin 76%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyata keçirilmiş 61 milyon 228 min manat sığorta ödənişinin 46 milyon 428 min manatı və yaxud 75,8%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Sığorta" (17 milyon 181 min manat) və “PAŞA Həyat Sığorta” (14 milyon 359 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 6 milyon 352 min manat), eləcə də “Xalq Sığorta” (5 milyon 701 min manat) və “Atəşgah Həyat Sığorta” (2 milyon 835 min manat) ASC-lərdir.
3 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Xalq Həyat Sığorta” (5 min manat), “İpək Yolu Sığorta” (16 min manat), “Naxçıvan Sığorta” (87 min manat) və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (119 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 227 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 14,573 milyon manat (23,8%) təşkil edib.
XXX
Azərbaycanda sığorta haqlarının 82%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-mart aylarında Azərbaycanda toplanılmış 258 milyon 425 min manat sığorta haqqının 210 milyon 731 milyon manatı və yaxud 81,55%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (86 milyon 302 min manat), "PAŞA Sığorta" (85 milyon 361 min manat), “Qala Sığorta” (17 milyon 712 min manat), “Atəşgah Həyat Sığorta” (12 milyon 491 min manat) və “Xalq Sığorta” (8 milyon 865 min manat) ASC-lərdir.
3 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (340 min manat), "Naxçıvan Sığorta" (550 min manat), “Bakı Sığorta” (1,156 milyon manat), “Atasığorta” (1,445 milyon manat) və “Günay Sığorta” (1,448 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 4,939 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 1,9%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 42,755 milyon manat (16,55%) təşkil edib.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
14 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)



