Rabitəbank şəhid ailəsinə fərdi sahibkarlıqla bağlı dəstək göstərdi

(®) Rabitəbank, “Özünüməşğulluq Layihəsi” çərçivəsində şəhid atasını fərdi sahibkarlıqla məşğul olmaq üçün lazım olan avadanlıqlarla təmin edib.
22.04.22 tarixində Rabitəbank əməkdaşları Özünüməşğulluq layihəsi ilə bağlı siyahıda olan Ağcabədi rayon sakini, şəhid atası Həziyev Feyruz Namət oğlu ilə görüşmüş və monitorinq zamanı Həziyev Feyruz Namət oğluna “Döşəmə və Parket cilalanması xidməti üzrə” avadanlıqların və ləvazimatların ehtiyac olduğu aşkarlanaraq həmin avadanlıqlarla təmin olunmuşdur.
Özünüməşğulluq layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir.
Qeyd edək ki, şəhid Həziyev Xəyal Feyruz oğlu 15.10.2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə könüllü olaraq iştirak edərək şəhid olmuşdur. Vətən uğrunda canından keçən şəhidlərimizi hörmətlə anır, şəhid ailələrinin qarşısında baş əyirik.
Rabitəbank bundan sonra da Özünüməşğulluq Layihəsi çərçivəsində daxil olan müraciətlərə əsasən vətəndaşlar üçün əvəzsiz olaraq müasir standartlara cavab verən avadanlıqların təmin olunmasında dəstək göstərəcəyini vurğulayıb.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
15 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
