“PAŞA Həyat” 1-ci übün maliyyə nəticələrini açıqladı
Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2022-ci ilin 1-ci rübü üzrə maliyyə hesabatını ictimaiyyətə açıqlayıb.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, PAŞA Həyat inkişaf meyllərini və ölkə üzrə sığorta bazarında lider mövqeyini qorumağa davam edir. İnkişafı şirkətin maliyyə göstəricilərində sezmək mümkündür.
Təqdim olunan məlumatlara əsasən rüb sonuna şirkətin ümumi kapital həcmi ötən ilin müvafiq dövründən 17% artaraq 80 mln. AZN dəyərində qərarlaşıb. Cəmi aktivlərin həcmi 20% artaraq 485 mln. AZN təşkil edib.
2021-ci ilin birinci rübü ilə müqayisədə yığılmış sığorta haqlarında 62% artım olub və rüb sonuna 86 mln. AZN təşkil edib, həmçinin hesabat dövründə 14 mln. AZN sığorta ödənişi həyata keçirilib.
Nəticədə PAŞA Həyat-ın birinci rüb üzrə cəmi məcmu gəliri 8 mln. AZN təşkil edib. Bununla da ötən ili eyni dövrün göstəricisi ilə müqayisədə 29%-lik artım müşahidə edilir.
PAŞA Həyat daim müştərilərə ən yaxşı xidmət və rəqəmsal həllər təqdim etmək üzərində çalışır. Bu istiqamətlərdə ən son təcrübələr üzərində çalışan şirkət artıq həyat sığortası bazarında ilk olaraq Agile metodologiyasını tətbiq edir. Eyni zamanda, 2021-ci ildən etibarən şirkət yeni Rəqəmsal strategiyanı həyata keçirməyə başlayıb. Şirkət ötən il ərzində yeni layihələrə imza ataraq Data Analitika, İnvestisiya prosesləri, digər biznes proseslərin optimizasiyası və yeni məhsulların yaradılması istiqamətində bir çox proseslər həyata keçirib.
Məlumatda qeyd edilib ki, 2021-2023-ci illəri əhatə edən strategiya şirkəti müştəri təcrübəsinə əsaslanan və innovativ şirkət kimi formalaşdıracaq.
"Mövcud dövrdə seçim əlbəttə ki, etibarlı və dayanıqlı həyat sığorta şirkətinə düşməlidir. İstənilən durumda sizin vəsaitiniz əminliklə qorunmalı və sizə gəlir gətirməlidir. Bunun üçün PAŞA Həyat ən doğru seçimdir",- məlumatda bildirilir.
Lider sığorta şirkəti - “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2021-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
14 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)

