Sığorta şirkətlərinin məcmu xalis mənfəəti 26% azalıb
Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin 2021-ci ildə məcmu gəlirləri 853 milyon 128 min manat təşkil edib.
Bu, 2020-ci ilə nisbətən 6,1% azdır.
Ötən il sığortaçıların məcmu xərcləri isə 3,8% azalaraq 773 milyon 161 min manat olub. Şirkətlərdən 11-nin gəlirləri, 10-nun isə xərcləri artıb.
2021-ci ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 79 milyon 967 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 24% azdır. 6 şirkətdə maliyyə mənfəəti artıb, 9 şirkətdə maliyyə mənfəəti azalıb, 2020-cu ildə maliyyə zərərinə uğramış 1 şirkət 2021-ci ildə maliyyə mənfəəti əldə edib, əvvəlki ilə maliyyə mənfəət əldə etmiş 4 şirkət isə ötən il maliyyə zərərinə uğrayıb.
2021-ci ildə sığorta şirkətləri 19 milyon 494 min manat məbləğində mənfəət vergisi ödəyib. Bu, 2020-ci ilə nisbətən 17,5% azdır. 20 şirkətdən 6-sı vergi ödənişlərini artırıb, 12-si vergi ödənişlərini azaldıb, əvvəlki il vergi ödəməmiş 3 şirkətdən 2-si ötən il də vergi ödəməyib, 1-i isə vergi ödəyib.
2021-ci ildə Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 60 milyon 473 min manat olub. Bu da 2020-ci illə müqayisədə 25,8% azdır. Ötən il maliyyə mənfəətini artırmış 6 şirkət həm də xalis mənfəətini artırıb. Maliyyə mənfəəti azalmış 9 şirkətin həm də xalis mənfəəti azalıb, 2020-ci ili zərərlə başa vurmuş 1 şirkət 2021-ci ili mənfəətlə, 2020-ci ildən mənfəətlə çıxmış 4 şirkət isə 2021-ci ildən zərərlə çıxıb.
Aktivləri 1% azalıb
Azərbaycan sığortaçılarının məcmu aktivləri 1% azalıb
Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 milyard 216 milyon 542 min manat təşkil edib. Bu, ötən il yanvarın 1-nə nisbətən 0,6% azdır.
2021-ci ildə sığortaçılardan 11-i aktivlərini artırıb, 9-u azaldıb.
Hesabat ilində sığorta şirkətlərinin məcmu uzunmüddətli aktivləri 3,5% artaraq 484 milyon 428 min manat, məcmu qısamüddətli aktivləri isə 3,2% azalaraq 732 milyon 114 min manat olub. 9 şirkət uzunmüddətli aktivlərini, 11 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.
Hesabat dövründə sığortaçıların məcmu öhdəlikləri 2,7% artaraq 789 milyon 167 min manat təşkil edib. Sığortaçılardan 11-də öhdəliklər artıb, 9-da isə azalıb. O cümlədən, şirkətlərin məcmu uzunmüddətli öhdəlikləri 9,3% artaraq 735 milyon 147 min manat, məcmu qısamüddətli öhdəlikləri isə 43,4% azalaraq 54 milyon 2 min manat olub. 11 şirkət uzunmüddətli öhdəliklərini, 10 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.
Ötən il sığorta şirkətlərinin məcmu balans kapitalı 6,3% azalaraq 427 milyon 375 min manata, məcmu nizamnamə kapitalı isə 1,4% azalaraq 324 milyon 188 min manata düşüb. Bazar iştirakçılarından 8-si balans kapitalını, 3-ü – “Qala Sığorta”, “Günay Sığorta” və “Naxçıvan Sığorta” ASC isə nizamnamə kapitalını artırıb. 1 sığortaçı – “Azsığorta” isə nizamnamə kapitalını azaldıb.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
14 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
22 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 32 d. əvvəl
- 38 d. əvvəl
- 41 d. əvvəl
- 42 d. əvvəl
- 43 d. əvvəl
- 59 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır



















.jpg)


